Məhkəmə qərarları › İş №3(039)-134/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-134/2020

25.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-134/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X7, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ciildəYevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsinin sahə inspektoru, polis baş mayoru X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir, ondan ötrü ki, Şəxsxx xxxxxxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yaşayan X1 həyətindən 1 ədəd paltaryuyan maşını oğurlamışdır. Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoruRuslan Əsədov tərəfindən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından xx xxxxxxx 2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi və naməlum şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxsxx xxxxxxx 2019-cu il tarixdə ünvan 2 ünvanında yaşayan X2 evinin həyətinə qanunsuz daxil olub gizli olaraq sonuncuya məxsus 1 ədəd paltaryuyan maşını oğurlamışdır. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və qəbul olunmuş qərar əsasında cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə onun yaşadığı ünvan 3 saylı evin hasarından həyətinə daxil olaraq, hamamdan ona məxsus ümumi dəyəri 150 manat olan 1 ədəd paltaryuyan maşını oğurlanmışdır. Məhkəmədə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsili bilərək izahatında göstərmişdir ki, o, xatırlamadığı tarixdə tanımadığı şəxsin həyətindən 1 ədəd paltaryuyan maşını oğurlamışdır. Həmin paltaryuyan maşınını tanımadığı şəxsə satmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri olduğundan materiallar Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, zərərçəkmiş X6 tərəfindən oğurluq faktı ilə əlaqədar məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs xx xxxxxxx 2019-cu il tarixində zərərçəkmişə məxsus ümumi dəyəri 150 manat olan 1 ədəd paltaryuyan maşını onun yaşadığı ünvan 3 ünvanına qanunsuz daxil olaraq gizli oğurlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1 -177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarda zərərçəkmişə 80 manat dəyərində ziyan vurulduğu göstərilsə də, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından görünür ki, xx xxxxxxx 2019-cu il tarixində Şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq faktı nəticəsində X4 150 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114.2.3, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Yevlax Rayon Prokurorluğuna göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar