Məhkəmə qərarları › İş №3(039)-134/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-134/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-134/2022 02.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Zərər çəkmiş şəxs X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 20 dekabr 2021-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yaşayan X7 cavabdeh olduğu 31-ci məhəllədə yerləşən mağazanın qapı-pəncərə çərçivəsini, 27 dekabr 2021-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllə 1/26-da yaşayan X8 yaşadığı binanın dəhlizindən 1 ədəd radiatoru, 1 ədəd qazan və altı cüt ayaqqabı və 27 dekabr 2021-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri 32-ci məhəllə 1/29-da yaşayan X3 yaşadığı binanın dəhlizindən 1 ədəd elektrik sobası və geyinilmiş ayaqqabı oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə izah etdi ki, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 3/34-də yaşayan X12 21 dekabr 2021-ci il tarixdə ərizə ilə Yevlax rayon polis şöbəsinə müraciət edərək, 20 dekabr 2021ci il tarixdən 21 dekabr 2021-ci il tarixə keçən gecə onun nəzarətində olan Yevlax şəhəri 31-ci məhəllədə yerləşən fəaliyyət göstərməyən və içərisində heç bir əşya olmayan mağazanın üzərində şüşəsi olmayan təxminən 150-200 manat dəyərindəki, alüminium materialından olan qapı-pəncərə çərçivəzinin sökülərək oğurlanması barədə məlumat vermiş, Yevlax rayonu 32-ci məhəllə bina 1, mənzil 26-da yaşayan X8 27 dekabr 2021-ci il tarixdə yaşadığı bina evinin dəhlizindəki, özünə məxsus bir ədəd maşın üçün olan radiator, bir ədəd qazan və altı cüt geyinilmiş ayaqqabıların oğurlanması barədə 27 dekabr 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Yevlax şəhəri 32-ci məhəllə bina 1, mənzil 29-da yaşayan X3 27 dekabr 2021-ci il tarixdə yaşadığı bina evinin dəhlizindən özünə məxsus bir ədəd elektriklə işləyən soba və giriş qapısının qarşısından isə geyinilmiş idman ayaqqabısının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 30 dekabr 2021-ci il tarixli və 06 yanvar 2022-ci il tarixli qərarları ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Özünü dolandırmaq məqsədi ilə ayrı-ayrı vaxtlarda oğurluq hadisəsi etmişdir. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. Zərəçəkmiş şəxs Aqil Qarayevə dəymiş ziyanı qaytaracağına söz verir. Hazırda törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X12 izah etdi ki, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 20 dekabr 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixə keçən gecə onun nəzarətində olan Yevlax şəhəri 31-ci məhəllədə yerləşən fəaliyyət göstərməyən mağazanın üzərində şüşəsi olmayan təxminən 150-200 manat dəyərindəki qapı-pəncərə çərçivəsinin sökülərək oğurlanması barədə məlumat vermişdir. Ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxslər X13 və X6 məhkəməyə gəlməmişlər. Telefon əlaqəsi zamanı zərərçəkmiş şəxslər Təyyar Əliyev və İlqar İsmayılov məhkəməyə gələ bilmədiklərini göstərib inzibati xəta törətmiş şəxs Şəxs şikayətçi olmadıqlarını bildirmişlər. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir İşə əlavə edilmiş 01 fevral 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 01 fevral 2022-ci il tarixdə saat 11:00-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs 200 (iki yüz) manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X9 ödənilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar