Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1362/2024 28.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Yevlax rayonunun Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, usta işləyən,Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Əsədov X8 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-242/2024 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 242/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 9000 (doqquz min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 (bir yüz on) manat alınaraq iddiaçı X6 xeyrinə verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya xx.xx.2024-cü il tarixdə bildiriş verilmişdir. Daha sonra borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və borclunun baş usta işlədiyi, 700 (yeddi yüz) manat əmək haqqı aldığı müəyyən edilmişdir. Buna görə tələb borclunun əmək haqqına yönəldilmiş və borclunun əmək haqqından tutulmalar aparılmışdır. Borclu icra sənədi üzrə borcunu tam ödəmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon xx.xx.2024-cü il tarixli, 2(039)-242/2024 saylı icra vərəqəsinə əsasən 9000 (doqquz min) manat məbləğində pul və 110 (bir yüz on) manat dövlət rüsumu ondan alınaraq iddiaçı X7 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə ona xx.xx.2024-cü il tarixdə bildiriş verilmişdir. İcra məmuruna icra sənədində göstərilən məbləği birdəfəyə ödəmək iqtidarında olmadığını, maddi imkanının pis olduğunu, usta işlədiyini və aldığı əmək haqqından başqa qazancının olmadığını bildirmişdir. Bundan sonra tələb onun əmək haqqına yönəldilmiş və hər ay əmək haqqından tutularaq tələbkara ödənilmişdir. Bundan başqa, başqa icra sənədi üzrə də tələb əmək haqqına yönəldildiyindən hər ay hər iki icra sənədi üzrə əmək haqqından tutulmalar apırılır. İcra məmurunun çağırışların hər dəfə gəlmiş, icra məmurunun çağırışlarından yayınmamış və qaçıb gizlənməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)- 242/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 9000 (doqquz min) manat məbləğində pul və 110 (bir yüz on) manat dövlt rüsumu alınıb iddiaçı X7 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-242/2024 saylı saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs fiziki şəxs X3 yanında müqavilə əsasında baş usta işləyir və 700 (yeddi yüz) manat əmək haqqı alır. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən X4 ünvanlanmış məktubdan və məktuba əlavə edilmiş əmək haqqından tutulmaya dair təklifdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1010/2024 saylı icra sənədinin icrası ilə əlaqədar təklif, icra vərəqəsinin təsdiq edilmiş surəti və icra ödənişinin alınması haqqında qərar icra edilməsi üçün Ruslan Rzayevə göndərilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən X4 ünvanlanmış məktubdan və məktuba əlavə edilmiş əmək haqqından tutulmaya dair təklifdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-242/2024 saylı icra sənədinin icrası ilə əlaqədar təklif, icra vərəqəsinin təsdiq edilmiş surəti və icra ödənişinin alınması haqqında qərar icra edilməsi üçün Ruslan Rzayevə göndərilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən X6 hesabına xx.xx.2004-cü ildə 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat və xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İş materiallarından və izahatlardan da göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1362/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1362/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver