Məhkəmə qərarları › İş №3(039)-138/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-138/2020

27.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-138/2020 27.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri M.Ə.sabir küçəsi ev 40-da yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 İslam Cəlil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2003-cü il təvəllüdlü X6 və xx xxx 2006-ci il təvəllüdlü Əhmədli Vüsaləİslam qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 125 manat olamaqla, cəmi 250 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə 100 manat aliment ödəmişdir. Alimentin artırılmasından sonra yaranmış 1100 manat aliment borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxxxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında həmin borcun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay borc qurtarana qədər hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə 1100 manat aliment borcundan heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsinə əsasən yaranmış borcdan 100 manat ödəniş etmiş, alimentin artırılması nəticəsində borclu Şəxs icra sənədi üzrə ona 1100 manat məbləğində borcu vardır. Hazırda Şəxs ilə razılaşmaya gəlmiş, belə ki, Şəxs borcunu qaytarılması üçün 1 ay vaxt vermişdir. Nəzərə alınmasını xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki,Yevlax Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs yaranmış aliment borcunu hər ay 100 manat olmaqla ödəyir. Alimentin artırılmasına dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsinin surətini almamış, yaranmış aliment borcu qətnamənin surətini almaması ilə bağlıdır. Hazırda tələbkar Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş və yaranmış borcundan 2020-ci ilin mart ayında 400 manat ödəməyə söz verir. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, tələbkar Zərərçəkmiş şəxs və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati xəta törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax Rayon Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar