Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1391/2024 27.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi ilə, Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-1391/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsinə dair vəsatətinə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-1391/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Şəxs məhkəməyə vəsatət ünvanlayaraq, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-1391/2024 saylı qərarı ilə sürücülük hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırıldığını və hazırda barəsində tətbiq edilmiş inzibati cəriməni ödəməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti müzakirə edib, iş materiallarını tədqiq edərək, vəsatətin əsaslı olması qənaətinə gəlir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialdan görünür ki, o, barəsində tərtib edilmiş protokollara əsasən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-1391/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırması qərara alınmışdır. Şəxs vəsatətinə əlavə etdiyi “AsanPay” ödəniş terminalından çıxarılmış çıxarışdan görünür ki, EQ 22557422 nömrəli elektron qərar üzrə artıq ödəniş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinin tələbinə görə, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.4-cü maddəsinin tələbinə görə isə Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməklə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-1391/2024 saylı saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r а r а а l d i: Şəxs vəsatəti təmin edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-1391/2024 saylı inzibati iş üzrə qərarına xitam verilsin. Qərаrdаn 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikаyəti və ya protesti vеrilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-1391/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1391/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver