Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1394/2025 19.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (tələbkar) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx.xx.1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(004)-309/2025 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 16(004)-309/2025 saylı qərardadına əsasən xx.xx.2010-cu il təvəllüdlü X10 hər həftənin bazar günü saat 12:00-da yaşadıqları ünvanda cavabdeh X11 tərəfindən Şəxs təhvil verilməli və həmn gün saat 16:00-da həmn ünvanda Şəxs tərəfindən cavabdeh X7 təhvil verilməlidir. İcra sənədi Yevlax rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tərəflər icra sənədində göstərilən tələblərlə tanış edilmişlər. 03 avqust 2025-ci il tarixdə Aytac Əsgərova anasına təhvil verilmiş və anası tərəfindən götürülmüş, lakin uşaq həmin gün saat 16:00-da anası tərəfindən qaytarılmamışdır. Anası uşağı götürərək getmiş, uşağı qaytaramamış və buna görə barəsində axtarış elan edilmişdir. 19 avqust 2025-ci il tarixdə Şəxs Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. Buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda Şəxs uşağı təhvil vermək istəsə də, uşaq atasının yanına qayıtmaq istəmədiyini və anasının yanında qalmaq istədiyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, icra sənədi üzrə qızı Aytac Əsgərovanı gətirmiş və atasına təhvil vermək istəyir. Lakin qızı Aytac Əsgərova atasının yanına qayıtmaq istəmir. Hazırda da uşağın atasına verilməsinə etiraz etmir. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X11 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Aytac Əsgərovanı öyrətdiyinə görə uşağı onun yanına qayıtmaq istəmir. Uşağın ona (zərərçəkmiş şəxsə) verilməsini istəyir. Qeyd edilənlərinə nəzərə alınaraq, məhkəmədən qanuna müvafiq qərarın qəbul edilməsin xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Rasi qızının barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 16(004)-309/2025 saylı qərardadı ilə ərizə qismən təmn edilərək, ərizəçi Şəxs hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək övladları 08 oktyabr 2010-cu il təvəllüdlü X12 və 14 aprel 2017-ci il təvəllüdlü X14 ilə cavabdeh (ata) X2 iştirakı olmadan ünsiyyət hüququ təmin edilərək, 08 oktyabr 2010-cu il təvəllüdlü X4 və 14 aprel 2017-ci il təvəllüdlü X9 hər həftənin bazar günü saat 12:00-da yaşdıqları ünvanda cavabdeh X11 tərəfindən Şəxs təhvil verilməli və həmin gün saat 16:00-da həmin ünvanda Şəxs tərəfindən cavabdeh X7 təhvil verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(004)-309/2025 saylı icra vərəqəsi icraata qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında borclunun icra sənədinin icrasından yayındığı qəsdən və qərəzli olaraq icra sənədini icra etməməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi Şəxs tərəfindən X12 atasına təhvil verilməsi üçün gətirilsə də, həmin uşaq özü atasının yanına qayıtmaq istəmir. Hazırda da, Şəxs uşağın atasın təhvil verilməsinə etiraz etmir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 19 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göstərilən hüquqi yardıma görə 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1394/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1394/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver