Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1397/2024 09.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində X5 ünvan 1-də yerləşən fərdi yaşayış evində döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon X7 bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin haqqında qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək bildirmişdir ki, X10 onun qaynasıdır, xx.xx.2024-cü il tarixində qaynanası zəng edərək Bakı şəhərinə işləməyə getdiyi üçün onun arvadı olan Nisəni görmək istədiyini bildirmişdir. Bundan sonra həmin tarixdə anası ilə görüşməsi üçün Nisəni və uşağı ilə birlikdə Yevlax rayonunda X6 məxsus olan fərdi yaşayış evinə aparmışdır. Həyat yoldaşı Nisə anası evində olduğu vaxt zəng edərək ona evlərinə getmək istədiyini bildirdiyindən o, ailəsini öz evlərinə aparmaq üçün qeyd edilən ünvana getmişdir. Evə daxil olub birbaşa 2-ci mərtəbəyə qalxmış və həmin vaxt orada həyat yoldaşı Nisə ilə qarşılaşmışdır. Bu zaman Nuranə Zalova otaqdan çıxıb həyat yoldaşı Nisəni əli ilə tutaraq dartışdırmışdır. O, Nisəyə evdən çıxıb küçədə olan avtomobilə minməsini bildirən həmin an Nuranə Zalova əlində olan su qabı ilə ona xəsarət yetirmək istəyərkən onun əlində olan su qabını alıb yerə tullamışdır. Həmin vaxt o, Nuranədən özümü qorumaq üçün müdafiə olunmaq məcburiyyətində qalmışdır. Həqiqətən də ünvan 1 ünvanında X10 ilə münaqişə etmiş, bu zaman aralarında ikisinin də iştirak etdiyi dartışma baş vermişdir. Lakin tərəfindən Nuranə Zalovaya hər hansısa bir bədən xəsarəti yetirilməmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı fərdi yaşayış evində X2 ilə aralarında baş vermiş münaqişə zamanı Şəxs onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmiş, onu saçından tutaraq yerlə sürümüşdür. Buna əsasən Şəxs şikayətçi olduğunu bildirmiş və onunla barışmaycağına söz vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxst oğlu xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində X5 yaşadığı ünvan 1 ünvanında döymüşdür; Sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 334 saylı rəyindən görünür ki, X4 bədənində aşkar edilmiş xəsarətlər – sağ çiyin qurşağının sıyrığı, qançırı, hər iki diz nahiyyəsinin, sol bazunun orta 1/3-nin iç səthinin qançırı” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni X5 vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 334 nömrəli rəyindən göründüyü kimi X1 çiyin qurşağının sıyrığı, qançırı, hər iki diz nahiyyəsinin, sol bazunun orta 1/3-nin iç səthinin qançırı küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər; - iş üzrə digər zərərçəkmiş şəxs X10 oğlu izahatında Şəxs xx.xx.2024-cü il tarixdə onu döyərək saçından tutaraq yerlə sürüdüyünü göstərmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1397/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1397/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver