Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-14/2020 07.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı məsləhətçisi X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Bərdə rayonu, Böyük Qəcər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu, Böyük Qəcər kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında işin materiallarında olan 013465 nömrəli xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10:20-də Yevlax şəhərində reyd zamanı Şəxs idarə etdiyi “FORD TRANSİT” markalı, **-DX-*** dövlət nömrə nişanlı yük maşını ilə qanunsuz yükdaşıma fəaliyyəti göstərərkən qanunvericiliklə müəyyən edilmiş sənədlərini təqdim etməkdən imtina edərək tabeçilik göstərməmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı məsləhətçisi X2 tərəfindən xx.xx.2019-cu il tarixində 013465 nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı məsləhətçisi X2 məhkəmə iclasında protokola uyğun izahat verərək bildirdi ki, Şəxs yük maşını ilə qanunsuz yükdaşıma fəaliyyəti göstərərkən qanunvericiliklə müəyyən edilmiş sənədlərini (fərqlənmə nişanı) təqdim etməkdən imtina edərək tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin izahatı, video görüntü, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, nəzərə alaraq ona cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-14/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-14/2020
07.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver