Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-14/2021 06.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu, Meyvəli kəndində yerləşən X3 məxsus evin həyətində Elşad Ələsgərovun ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 izah etdi ki, Yevlax rayonu, Meyvəli kənd sakini X4 xx xxxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat verərək, Şəxs onun yaşadığı evə gələrək onu və ailə üzvlərini təhqir etməsini bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞnin İTB-nə göndərilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Elşad Ələsgərov onun bacısının həyat yoldaşıdır. Elşad Ələsgərovun bacısından ayrılmışdır. Bacısının hal hazıra Meyvəli kəndində yaşadığı ev onun nənəsinə məxsus olmuşdur. İstədiyi vaxt həmin mənzilə daxil olmuş və bacısı ilə arasında heç bir problemləri olmamışdır. Bacısı oğlu Kənan Həsənov 4 ildən artıq müddətdir ki ona məxsus qoyunlara baxır. Kənan ondan öz heyvanlarına baxması üçün 100 ot bağlamasını istəmişdir. Söhbət zamanı həmin ot bağlamalarının pulunu aylıq əmək haqqından çıxılmasını və ona aylıq olaraq 50 manat məvacib verilməsini bildirmişdir. O, isə həmin ot bağlamalarını alaraq Kənan Həsənova vermişdir. X9 bir müddət sonra səfərbərlik tərəfindən hərbi xidmətə çağırılmışdır. Kənan getdiyi üçün ot bağlamalarının pulunu ödəməmişdir. O, da ot bağlamalarını götürmək üçün xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Qazel” markalı avtomobili ilə bacısı evinə getmiş və evin tövləsində olan ot bağlamalarını idarə etdiyi "Qazel” markalı avtomobilə yığmışdır. Həmin vaxt qaynı Elşad Ələsgərov ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt əsbi olduğu üçün o və Elşad Ələsgərov biri birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məhkəmə iclasına zərərçəkmiş şəxs X4 izah etdi ki, Şəxs onun qaynıdır. Şəxs onun oğlu Kənan Həsənovu öz yanında işlədir. Kənan Həsənov Şəxs məxsus qoyunlara baxır və bunun müqabilində Şəxs ona aylıq olaraq 100 manat əmək haqqı verir. X11 qoyunlara baxması və qoyunları yedirtməsi üçün 100 ot bağlamasın Şəxs tərəfindən verilmişdir. Həmin ot bağlamasının pulu Şəxs tərəfindən oğlunun aylıq əmək haqqından tutulmuşdur. Oğlu Kənan səfərbərlik xidməti tərəfindən əsgər çağırıldığı üçün Şəxs artıq qoyunlarına baxa bilməyəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şəxs onun icazəsi olmadan onun yaşadığı evə daxil olmuş, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmədən Şəxs barəsində yüngül inzibati tətbiq edilməsini xahiş etdi.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığı, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1964-cü il tarixdə Kəlbəcər rayonu, Bəzirxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olan, Yevlax rayonu Meyvəli kəndində məskunlaşan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-14/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-14/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver