Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-14/2022 11.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektoru polis serjantı X4 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş 10 yanvar 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 yanvar 2022-ci il tarixdə Bakı Qazax yolunun 285-ci km-də manevr qaydasını pozmuş, nəticədə arxadan gələn “X13” minik markalı, 99OT292 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yoxlama zamanı sürücülük vəsiqəsinin olmaması müəyyən edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektoru polis serjantı X6 ifadəsində göstərmişdir ki, Şəxs sürücülük hüququ olmadan 10 yanvar 2022-ci il tarixdə «VAZ 21074» minik markalı 09BJ905 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən manevr qaydasını pozduğu üçün arxadan gələn “X13” minik markalı, 99OT292 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə Bakı Qazax yolunun 285-ci km-də «VAZ 21074» minik markalı 09BJ905 dövlət qeydiyyat nişanlı avtomobillə sola dönərkən arxadan gələn “X13” minik markalı, 99OT292 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı YPX inspektoru polis serjantı X4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə zərərçəkmiş şəxs X5 (***-***-**-**) ilə əlaqə saxlanılmış, zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 yanvar 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2022-ci il tarixdə Bakı Qazax yolunun 285-ci km-də manevr qaydasını pozmuş, nəticədə arxadan gələn “X13” minik markalı, 99OT292 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yoxlama zamanı sürücülük vəsiqəsinin olmaması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; YPX inspektoru polis serjantı X6 tərəfindən Şəxs və X1 iştirakı ilə tərtib edilmiş yolnəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Bakı Qazax yolunun 285-ci km-də baş vermiş, «VAZ 21074» minik markalı 09BJ905 dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etdiyi zolaqdan sola dönərkən “X13” minik markalı, 99OT292 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; zərərçəkmiş şəxs X1 DYPİ-də verdiyi izahatından görünür ki, 10.01.2022-ci il tarixdə özünə məxsus “X13” minik markalı, 99OT292 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı Qazax yolunun 285-ci km-də hərəkətdə olarkən yolun kənarında olan «VAZ 21074» minik markalı 09BJ905 nömrəli maşın sağdan sola dönərkən onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır; 20 və 21 saylı 10.01.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, hər iki sürücü Şəxs və X5 hadisə zamanı ayıq vəziyyətdə olmuşlar; AC 136483 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 21074” minik markalı, 09BJ905 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur; AD 999019 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X13” minik markalı, 99OT292 dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur; Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “X13” minik markalı, 99OT292 qeydiyyat nişanlı avtomaşının sahibi X8 həmin avtomaşına sərəncam verilməsi və s. ilə bağlı X2 1 il müddətinə etibarnamə vermişdir. Etibarnamə 17.12.2022-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-14/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-14/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver