Məhkəmə qərarları › İş №3(039)-14/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-14/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-14/2023 09.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yevlax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus 200 manat pulunu sonuncunun Yevlax mərkəzi bazarında işlətdiyi mağazadan oğurlayıb ona maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Yevlax rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 1 ünvanında yerləşən X6 yaşadığı evdən 150 manat pul, 5 manat dəyərində üzük və dəyəri 25 manat olan 1 ədəd işlənmiş vəziyyətdə olan üz qırxan aparatı oğurlayıb sonuncuya cəmi 180 manat maddi ziyan vurmuşdur. Buna görə də X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Yevlax rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus 200 manat pulunu sonuncunun Yevlax mərkəzi bazarında işlətdiyi mağazadan oğurlayıb ona maddi ziyan vurmuşdur. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 1 ünvanında yerləşən X6 yaşadığı evdən 150 manat pul, 5 manat dəyərində üzük və dəyəri 25 manat olan 1 ədəd işlənmiş vəziyyətdə olan üz qırxan aparatı oğurlayıb sonuncuya cəmi 180 manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Yevlax rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə verilmişdir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Yevlax şəhəri, Neftkəməri küçəsində ailəsi ilə birlikdə yaşayır. Pulu olmadığı üçün dolana bilmir. Bu səbəbdən zərərçəkmiş şəxslərə qarşı həmin xırda oğurluqları törətmişdir. Hazırda əməllərindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Zaur oğlunun Şəxs özünü təqsirli bildiyindən və hazırda əməllərindən peşman olduğunu nəzərə alaraq onun barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, işin materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X3 əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş üzrə materiallar istintaq orqanına və prokurora göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən törədilmiş iki epizoddan ibarət əməllər bir il ərzində 25 gün aralıqla təkrar törədilmiş (iş üzrə birinci əməl xx.xx.2022-ci il tarixdə, ikinci əməl isə xx.xx.2023-cü il tarixdə törədilmiş), həmin əməllərin birinci və ikinci epizodu üzrə zərərçəkmiş şəxslərə 100 manatdan yuxarı məbləğdə (birinci əməl üzrə 180 manat, ikinci əməl üzrə 200 manat) maddi ziyan vurulmuşdur. Bundan başqa, aşağıdakı sənədlərdə də zərərin məbləğinin birinci əməl üzrə 200 manat, ikinci əməl üzrə isə 180 manat olması göstərilmişdir:  İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardadlar (MN № ******* və MN № 0202985)  Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların əsaslandırması təsviri hissəsi Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə törədilmiş əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2018-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2022-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Beləliklə, müəyyən edildi ki, oğurluq hadisələri hər ikisi son 1 il ərzində baş verdiyindən heç biri üzrə inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Hər iki epizod üzrə dəymiş zərərlərin məbləğləri yüz manatdan yuxarıdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən inzibati xəta barədə işdə cinayətin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisləri X4 və X7 09 yanvar 2023-cü il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax rayon Polis şöbəsinin İTB-nin Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisləri X4 və X7 09 yanvar 2023-cü il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Yevlax Rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar