Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1403/2025 20.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olan yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs üzərində qanunsuz olaraq 16 kalibrli “10942Б” nömrəli qoşa lüləli ov tüfəngi saxladığı müəyyən edilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 protokolu müdafiə edərək şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, 16 kalibrli “10942Б” nömrəli qoşa lüləli ov tüfəngi rəhmətlik babasından qalmışdır. Həmin tüfəng sökülü vəziyyətdə olmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs üzərində qanunsuz olaraq 16 kalibrli “10942Б” nömrəli qoşa lüləli ov tüfəngi saxladığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsin sanksiyasının hədləri daxilində ov tüfəngi müsadirə olunmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ədəd 16 kalibrli “10942Б” nömrəli qoşa lüləli ov tüfəngi müsadirə edilməklə, 80,0 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1403/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1403/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver