Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1405/2025 21.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, 3 avqust 1993-cü ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, orta təhsilli,ailəli,fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin sahə rəisi polis mayoru X3 çıxış edərək bildirmişdir ki, Şəxs instagram sosial şəbəkəsində ov tüfəngi ilə şəkil paylaşdığı üçün xx.xx.2025-ci il tarixdə rayon polis şöbəsinə dəvət edilmiş, o, rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra nizam-intizama dəvət olunsa da o, öz əməlinə davam etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, ov tüfəngi ilə şəkil paylaşdığı üçün onun xx.xx.2025-ci il tarixdə Yevlax rayon polis şöbəsində dəvət olunmuşdur. Şöbədə sorğu-sual zamanı əsəbləşdiyi üçün səs-küy salmışdır. Bundan sonra polis əməkdaşı onu nizamintizama dəvət etsə də, o, əsəblərini cilovlaya bilmədiyi üçün öz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində həbslə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin rəisi polis kapitanı, X4 izahatında göstərdi ki, Şəxs qonşusu ilə aralarında olan mütəmadi münaqişələrə görə poli orqanının nəzarətindədir, onlarla profilaktik söhbətlər aparılır. Bununla yanaşı, həmin şəxs instagram sosial şəbəkəsində ov tüfəngi ilə şəkil paylaşdığı üçün onunla profilaktik söhbət aparılması üçün mobil nömrəsinə zəng edərək polis şöbəsinə dəvət olunmuş, lakin Sərvan Əsədov polis şöbəsinə gəlməyərək DİN-nin əsasız şər və böhtan xarakterli ilə müraciət etmişdir. Şəxs DİN-nin etmiş olduğu müraciəti əsasında izahatının alınması ilə bağlı xx.xx.2025-ci il tarixdə RPŞ-nə dəvət olunan zaman sonuncu rayon polis şöbəsində polis əməkdaşları haqqında şər və böhtan xarakterli danışaraq polis əməkdaşlarını hədələyərək ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə onu nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlədib polis şöbəsinin iş rejimi pozmuş, öz qanunsuz hərəkətlərini nümayiş etdirərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. -Yevlax RPŞ-nin İTB-nin rəisi polis kapitanı, Vüsal Musazadə tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs inistaqram sosial şəbəkəsində ov tüfəngi ilə şəkil paylaşdığı üçün onunla profilaktik söhbət aparılması üçün mobil nömrəsinə zəng edərək polis şöbəsinə dəvət olunmuş, lakin Sərvan Əsədov polis şöbəsinə gəlməyərək DİN-nin əsasız şər və böhtan xarakterli ilə müraciət etmişdir. Şəxs DİN-nin etmiş olduğu müraciəti əsasında izahatının alınması ilə bağlı xx.xx.2025-ci il tarixdə RPŞ-nə dəvət olunan zaman sonuncu rayon polis şöbəsində polis əməkdaşları haqqında şər və böhtan xarakterli danışaraq polis əməkdaşlarını hədələyərək ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə onu nizam intizama dəvət etsəkdə Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlədib polis şöbəsinin iş rejimi pozmuş, həmçinin polis şöbəsinə gələn vətəndaşların diqqətini özünə cəlb etdirməklə öz qanunsuz hərəkətlərini nümayiş etdirərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; -“İnzibati qaydada tutma haqqında” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 19 avqust 2025-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1405/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1405/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver