Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-141/2020 02.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(014)-64/2017 saylı icra vərəqəsinə əsasən, tərəflər arasında Ağdaş Rayon İHB-nin Orta Ləki kəndi üzrə nümayəndəliyində xx xxx 2012-ci il tarixdə qeydə alınmış 12 saylı nikah qeydinin pozulması, nikah qeydi pozularkən tərəflərin birgə nikahlarında xx xxxx 2012-ci il tarixdə anadan olmuş X9 anası X4 himayəsində və tərbiyəsində saxlanılmaqla və tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün borclu Şəxs xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq, X2 xeyrinə hər ay 90 manat məbləğində aliment verilməlidir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov tərəfindən Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(014)-64/2017 saylı icra vərəqəsinə əsasən, tərəflər arasında Ağdaş Rayon İHB-nin Orta Ləki kəndi üzrə nümayəndəliyində xx xxx 2012-ci il tarixdə qeydə alınmış 12 saylı nikah qeydinin pozulması, nikah qeydi pozularkən tərəflərin birgə nikahlarında xx xxxx 2012-ci il tarixdə anadan olmuş X9 anası X4 himayəsində və tərbiyəsində saxlanılmaqla və tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün borclu Şəxs xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq, X2 xeyrinə hər ay 90 manat məbləğində aliment verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirlərinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borclu Şəxs Yevlax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək xx xxxx 2020-ci il tarixə olan 3150 manat aliment borcunun ödənilməsi tələb edilmiş və o, şöbəyə verdiyi xx xxxx 2020-ci il tarixli izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(014)- 64/2017 saylı icra vərəqəsinə əsasən, tərəflər arasında Ağdaş Rayon İHB-nin Orta Ləki kəndi üzrə nümayəndəliyində xx xxx 2012-ci il tarixdə qeydə alınmış 12 saylı nikah qeydinin pozulması, nikah qeydi pozularkən tərəflərin birgə nikahlarında xx xxxx 2012-ci il tarixdə anadan olmuş X9 anası X4 himayəsində və tərbiyəsində saxlanılmaqla və tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün borclu Şəxs xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq, X2 xeyrinə hər ay 90 manat məbləğində aliment verilməlidir. Hazırda X3na 3150 manat aliment borcu yaranıb. Hazırda maddi vəziyyəti ağırdır. Odur ki, aliment borcunu ödəyə bilmir. X3 məhkəmə iclasında izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(014)-64/2017 saylı icra vərəqəsinə əsasən, tərəflər arasında Ağdaş Rayon İHBnin Orta Ləki kəndi üzrə nümayəndəliyində xx xxx 2012-ci il tarixdə qeydə alınmış 12 saylı nikah qeydinin pozulması, nikah qeydi pozularkən tərəflərin birgə nikahlarında xx xxxx 2012-ci il tarixdə anadan olmuş X9 anası X4 himayəsində və tərbiyəsində saxlanılmaqla və tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün borclu Şəxs xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq, X2 xeyrinə hər ay 90 manat məbləğində aliment verilməlidir. Lakin Şəxs ödənişlər etmir və hazırda onun ona 3150 manat aliment borcu yaranmışdır. Dəfələrlə ödəyəcəyinə söz versə də, bu günə kimi heç bir ödəniş etməmişdir. Uşağa baxmaqda çətiklik çəkir və alimenti tələb edir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X13»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, borcun 3150 manat olmasını, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx xxxxxx 1985-ci tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-141/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-141/2020
02.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver