Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-141/2021 09.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16.45 radələrində Yevlax dəmir yolu stansiyasının ərazisində dalan yola gedən dəmir yol xəttindən istifadəyə yararlı 9 ədəd rels altlığı, 16 ədət dəmir mıxı və yaxınlıqda qurlaşdırılmış çardaqdan dəmir barmaqlığı oğurlamışdır. xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax şəhəri, Şirvani küçəsi mənzil 33-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 16.45 radələrində Yevlax dəmir yolu stansiyasının ərazisindəki dalan yola gedən dəmir yol xəttinin yaxınlığında yerləşən X3 məxsus olan çardağın ətrafındakı ölçüsü 300sm x 40sm, çəkisi 40 kq olan 1(bir) ədəd dəmir dəmir barmaqlığı gizli yolla talayaraq sonuncuya cəmi 6 (altı) manat məbləğində maddi ziyan vurmaqla xırda talama etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, hazırda Yevlax şəhəri, Şirvani küçəsi, 33 saylı evdə yaşayır. xx xxxxxxxx 2021-ci il tarixdə saat 16.45 radələrində yaşadığı evdən çıxıb dəmir yolu tərəfə getmişdir. Dəmir yolunun yaxınlıqda qurlaşdırılmış çardağın ətrafındakı 1 (bir) ədəd dəmir barmaqlığı oğurlamışdır. Əməlindən səmimi olaraq peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir. Məhkəmədən zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izah etdi ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə odənilmişdir. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş olan ziyanın ödənilməsini bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-141/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-141/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver