Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1429/2024 20.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon X17 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X8, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olan Şəxs Yaqub oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da Yevlax şəhəri Dədə Qorqud parkında ictimai qaydanı pozaraq ünvansız nalayiq söyüşlər söyərək cəmiyyətə qarşı açıqcasına hörmətsizlik etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi, polsi mayoru X16 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhərində yerləşən Dədə Qorqud parkında ictimai qaydanı pozaraq ünvansız söyüşlər söymüşdür. Bu səbəbdən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 17 dekabr 2024-cü il tarixində Yevlax şəhəri Dədə Qorqud parkında ictimai qaydanı pozmamış, ünvansız nalayiq söyüşlər söyməmiş, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik etməmişdir. O,həmçinin izahatında bildirmişdir ki, Yevlax şəhəri Dədə Qorqud parkında onun tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik edilməsi halı 3-4 ay bundan əvvəl baş vermişdir. Həmçinin izahatında göstərmişdir ki, o, 19 dekabr 2024-cü il tarixində qayınanası X13 ilə telefonda danışaraq sözləri bir birinə uyğun gəlmədiyi üçün onunla mübahisə etmiş və X9 telefonda söyüb təhqir etmişdir. 17 dekabr 2024-cü il tarixində o iş yerində xidmətdə olmuşdur və bunu təsdiqləyəcək iş yoldaşları da vardır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X13 çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri Dəqə Qorqud parkında Şəxs onun qızı X5 qarşı nalayiq söyüşlər söymüş, ictimai yerdə sərxoş vəziyyətdə qızına qarşı hədə qorxu gəlmiş, sonradan o, özü də oraya getmiş və bu zaman Şəxs ona qarşı da həmin əməlləri törətmişdir. Şikayətçidir onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 çıxış edərək qeyd etmişdir ki, 17 dekabr 2024-cü il tarixində Yevlax şəhəri Dədə Qorqud parkında ictimai yerdə həyat yoldaşı Şəxs sərxoş vəziyyətdə onunla mübahisə etmiş, ona və azyaşlı övladımıza hədə qorxu gələrək zorla avtomobilə əyləşdirməyə çalışmış, bundan sonra anası X13 oraya gəlmiş və Şəxs ona qarşı da nalayiq söyüşlər söymuş və ətrafda olan insanlara qarşı hörmətsizlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X23-patrul xidməti bölüyünün polis nəfəri polis serjantı X14 çıxış edərək bildirmişdir ki, 17 dekabr 2024-cü il tarixində Yevlax şəhəri Dədə Qorqud parkında xidmətdə olduğu zaman ərazidə sərxoş vəziyyətdə vətəndaş Şəxs ictimai yerdə səs küy saldığını və söyüş söydüyünü eşitmiş, məlum olmuşdur ki həmin vətəndaş Şəxs öz həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması barədə mübahisə edirlər. Məhkəmə iclasında Yevlax rayon X23-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X1 Vasif Asif oğlunun izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi kimi çıxış edən Yevlax şəhər Vəkil Bürosunun vəkili X15 çıxış edərək inzibati xəta hqqında protokol tərtib edilən Şəxs 17 dekabr 2024-cü il tarixdə Yevlax şəhəri Dədə Qorqud parkında ictimai yerdə ictimai qaydanı pozmadığını, söyüş söymədiyini, həmin tarixdə dövlət orqanında işlədiyi üçün iş yerində olduğunu, ondan asılı olmuyan səbəblərdən şahidləri məhkəmə iclasına dəvət edə bilmədiyi üçün özünü təqsirli bilməmiş, buna əsasən Şəxs barəsində tərtib edilən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri Dədə Qorqud parkında ictimai qaydanı pozaraq ünvansız nalayiq söyüşlər söyərək cəmiyyətə qarşı açıqcasına hörmətsizlik etmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1429 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən X2 Yüngül dərəcəli alkaqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, 17 dekabr 2024-cü il tarixində Yevlax şəhəri Dədə Qorqud parkında ictimai yerdə ictimai qaydanı pozmamağı, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik etmədiyi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs kimi məhkəmə iclasında çıxış edən X13 izahatında Şəxs inzibati xətanı 17 dekabr 2024-cü il tarixində Yevlax şəhəri Dədə Qorqud parkında ictimai yerdə ictimai qaydanı pozaraq ona qarşı söyüş söydüyünü və cəmiyyət qarşı açıqcasına hörmətsizlik etdiyini bildirmişdir; - Yevlax rayon X23-patrul xidməti bölüyünün polis nəfəri X14 və polis nəfəri X10 şahid qismində məhkəmədə verdikləri izahatlarında Şəxs 17 dekabr 2024-cü il tarixində sərxoş vəziyyətdə Yevlax şəhəri Dədə Qorqud parkında ictimai yerdə səs küy saldığını və söyüş söydüyünü eşitdiklərini göstərmişlər. - MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri Dədə Qorqud parkında ictimai qaydanı pozaraq ünvansız nalayiq söyüşlər söyərək cəmiyyətə qarşı açıqcasına hörmətsizlik etmişdir. - Şəxs xx.xx.2024-cü il tarixdə iş yerində olduğunu və bunu təsdiqləyəcək iş yoldaşlarının məhkəmədə şahid qismində izahat verəcəklərini bildirsə də, bu halı təsdiqləyəcək şahidləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin, zərərçəkmişin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmamasını, məsuliyyəti ağırlaşdıran halı (İXM 33.1.7) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Şəxs 19 dekabr 2024-cü il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq inzibati cərimə 50 (əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X11 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1429/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1429/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver