Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-143/2020 02.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs Fərhad oğlunun iştirakı ilə, Şəxs Fərhad oğlu barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Əsəd Fərhad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3641/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, borclu Şəxs Fərhad oğlundan tutulan alimentin məbləği artırılaraq hazır ki, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx xxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verlməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Fərhad oğlu barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməsi üçün borclu İdris Xəlilova dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs Fərhad oğlu şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmiş və o, xx xxxx 2020-ci il tarixdə şöbəyə verdiyi izahatında həmin borcun bir dəfəyə ödəyə bilməyəcəyini, hər ay borc qurtarana qədər hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Borclu Şəxs Fərhad oğluna qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs Fərhad oğlu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs Fərhad oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə tələbkar X2 2600 manat məbləğində aliment borcu vardır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu tələbkar Fatma Baxşəliyevaya ödəyə bilməmişdir. Hazırda tələbkar Fatma Baxşəliyevaya 150 manat ödəniş etmiş, qalan borcunu xx xxxx 2020-ci il tarixə qədər tam şəkildə ödəyəcəkdir bu səbəbdən hazır ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs Fərhad oğlunun barəsində xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati protokola baxılan zaman X6 ilə əlaqə saxlanılan zaman tələbkar xx xxxx 2020-ci il tarixə 150 manat ödıniş etmiş, qalan borcunu isə xx xxxx 2020-ci il tarixə qədər tam şəkildə ödənilməsinə etiraz etməmişdir. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 və borclu Şəxs Fərhad oğlunun izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs Fərhad oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Fərhad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-143/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-143/2020
02.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver