Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-143/2022 03.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının yol patrul xidməti inspektoru, polis serjantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 02.09.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 4, mənzil 24-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 02 fevral 2022-ci il tarixdə saat 22:39-da Yevlax rayonu X5 sərhəd yolu 2.5-ci km-də idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, 02 fevral 2022-ci il tarixdə az miqdarda narkotik vasitədən istifadə etmişdir. 02 fevral 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilə hərəkətdə olarkən, Yevlax rayonu xaldan ərazisində yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Əməlindən peşmandır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan BC 203341 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İşdə olan 164 №-li, 02 fevral 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs 02 fevral 2022-ci il tarixdə saat 22:00-da narkotik sərxoşluğu müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsi. Maddə. 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respukblikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası X6 İmtahan və X7 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-143/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-143/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver