Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-143/2023 27.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-cü ildə Yevlax rayonu Əkşəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Əkşəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 27 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş 3(051)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat cəriməni dövlət büdcəsinə, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2165/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs X5 2500 manat borcu ödəməkdən yayınmışdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi Mingəcevir şəhər İcra və Probasiya İdarəsinin icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tələbin könüllü icra olunması üçün borclunun yaşadığı ünvanına bildiriş göndərilmişdir. Borcluya kifayət qədər vaxt verilsə də Şəxs hal-hazırkı müddət ərzində icra sənədi üzrə müəyyən edilmiş tələbi yerinə yetirməmiş və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmış, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görməmişdir. Borclu Şəxs müxtəlif tarixlərdə şöbəyə dəvət olunmuş, barəsində çıxarılmış icra sənədi üzrə izahatı alınmış və Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş 3(051)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat cəriməni dövlət büdcəsinə, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2165/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs X5 2500 manat borcu ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs heç bir yerdə işləmədiyi üçün ona təyin olunmuş cəriməni ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə zalında bildirmişdir ki, Şəxs və onun yeznəsi əlbir olub onu aldatdığını,pul qarşılığında evi ona satacağını və ondan xəbərsız evi başqa bir necə nəfərə satdığını,ona olan borcunun tam ödənilmədiyini bildirərək icra sənədinin tam icra olunmasını xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırda işsiz olduğunu,himayəsində xəstə uşağının olduğunu və tez bir zamanda borcunu ödəyəcəyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş 3(051)-302/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat cəriməni dövlət büdcəsinə, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2165/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs X5 2500 manat borcu ödəməkdən yayınmışdır. İcraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Mingəcevir şəhər məhkəməsinin 3(051)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Yevlax rayon məhkəməsinin 8(039)-157/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəşində məcburi gətirilmə qərarı qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Mingəçevir şəhər məhkəməsinin 3(051)-302/2022 saylı, xx.xx.2022-ci il tarixli və Mingəçevir şəhər məhkəməsinin 2(051)-2165/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx ) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs elektron nəzarət vasitələri tətbiq edilməklə, üzərinə elektron nəzarət vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımaq, istifadə etmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-143/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-143/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver