Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-144/2020 04.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin DYPB-nin YPX-i baş inspektoru polis kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri, Nizami prospekti, ev 39, mənzil 6da qeydiyyatda olan, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Yevlax Rayon Məhkəməsiinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞnin DYPB-nin YPX-i inspektoru polis kapitanı X4 izah etdi ki, Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektorları polis baş serjantları İlqar Rüstəmov və Şəmi Yunisov xx xxxxxx 2019cu il tarixdə saat 17.56 radələrində BMV markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Yevlax şəhəri, Fizuli küçəsində xidmətdə olarkən, Mercedes Benz markalı, ** XS *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsünün təhlükəli hərəkətlər etdiyini görmüşlər. YPX-i əməkdaşlarıhəmin avtomobili müşayət edərək səs siqnalından və sayrışan işıqlarından istifadə edərək saxla işarəsi vermişlər. Lakin sürücü saxla işarəsinə məhəl qoymayaraq təhlükəli manevrlər edərək qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxaraq təhlükə yaratmağa başlamışdır. YPX-i əməkdaşları sürücünün qəsdən nəqliyyat vasitələrinin qarşısına çıxaraq təhlükəli hərəkətlər etdiyini görüb müşayəti dayandırmışlar. Bundan sonra YPX-i əməkdaşları bu barədə RPŞ-nin rəhbərliyinə raporta müraciət etmişlər. Polis Şöbəsində sürücü Şəxs izahatı alınarkən o, izahatında həqiqətəndə avtoxuliqanlıq hərəkətləri etdiyini özü səmimi olaraq etiraf etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirdi ki, Mercedes markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi avtomobillə Yevlax şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün RPŞ-nin DYPB-nin YPX-i əməkdaşı onun avtomobilinə saxla işarəsi vermişdir. O, dərhal idarə etdiyi avtomobili saxlamış və YPX-i əməkdaşı ona yaxınlaşıb özünü təqdim edib sənədlərini tələb etmişdir. O, avtomobildən yerə düşən zaman yol patrul xidməti avtomobilin arxasında Niva markalı avtomobilin dayandığını görmüş və ona elə gəlmişdir ki, həmin avtomobildə olanlar rayon polis şöbəsinin əməliyyatçılarıdır, Onlardan qorxub dərhal avtomobilinə əyləşib avtomobili idarə edərək çıxıb getmişdir. Qorxmasına səbəb polis əməkdaşlarının avtomobilini aparıb duracağa yerləşdirəcəkləri olmuşdur. Həmin vaxt avtoxuliqanlıq hərəkətləri etməmiş, işıqforun qadağanedici işığında keçməmiş və heç bir təhlükəli manevrlər etməmişdir. Əgər etmişdirsə bu barədə YPX-i əməkdaşları video görüntü təqdim edə bilərdilər. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X3 izahat verərək göstərdi ki, Yevlax RPŞ-nin DYPB-nin YPXi inspektoru polis baş serjantı Şəmi Yunisovla xx xxxxxx 2019-cu il tarixdə saat 17.56 radələrində BMV markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Yevlax şəhəri, Fizuli küçəsində xidmətdə olan zaman, Mercedes Benz markalı, ** XS *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsünün təhlükəli hərəkətlər etdiyini görmüşlər. Onlar həmin avtomobili müşayət edərək səs siqnalından və sayrışan işıqlarından istifadə edərək saxla işarəsi vermişlər. Lakin sürücü saxla işarəsinə məhəl qoymayaraq təhlükəli manevrlər edərək qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxaraq təhlükə yaratmağa başlamışdır. Sürücünün qəsdən nəqliyyat vasitələrinin qarşısına çıxaraq təhlükəli hərəkətlər etdiyini görüb, müşayəti dayandırmışlar. Bundan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raporta müraciət etmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsinin tövsifedici əlaməti avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.8-ci maddəsinin tələbinə görə,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. . Məhkəmə iclası zamanı Şəxs təhlükəli hərəkət edərək manevr etməsi sübuta yetirilməmiş, avtoxuliqanlıq etməsinə dair videomüşahidəni məhkəməyə tədim etməmişlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 511.1 ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-144/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-144/2020
04.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver