Məhkəmə qərarları › İş №3(039)-144/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-144/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-144/2022 03.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Ü.Hacıbəyov küç. ev 152-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 03 fevral 2022-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri Nizami prospektində ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, 03 fevral 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantə Eşqin Əzizov və polis kiçik serjantı Arif Mustafayev ilə birlikdə xidmətdə olan zaman saat təxminən 00:30 radələrində Yevlax şəhəri Nizami prospektində bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra polis baş serjantı Eşqin Əzizov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 03 fevral 2022-ci il tarixdə saat 00:30 radələrində əsəbi halda Yevlax şəhəri Nizami prospektində öz-özünə danışan zaman polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. O, əsəbi olduğundan səs-küy salıb nalayiq söyüşlər işlətmişdir. Bu zaman polis əməkdaşı onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Polis nəfəri, polis baş serjantı X8 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 03 fevral 2022-ci il tarixdə polis nəfəri, polis kiçik serjantı Arif Mustafayevlə birlikdə xidmətdə olan zaman saat təxminən saat 00:30 radələrində Yevlax şəhəri Nizami prospektində bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək səs-küy saldığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Polis nəfəri, polis kiçik serjantı X5 məhkəmə iclasında şahid Eşqin Əzizovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan 03 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 03 fevral 2022-ci il tarixdə saat 02:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X4 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar