Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-145/2025 15.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(039)-1590/2018 saylı və xx.xx.2024-cü il tarixli 2(039)-108/2024 saylı icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)- 1590/2018 saylı icra sənədinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-108/2024 saylı icra sənədinə əsasən X1 Nərgiz Ömər qızı ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İcra vərəqələri Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Lakin borclu icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmışdır. Borclu icra sənədlərinin icrasından qəsdən və qərəzli olaraq yayındığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1590/2018 saylı icra sənədinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-108/2024 saylı icra sənədinə əsasən X1 Nərgiz Ömər qızı ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İcra vərəqələri Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı ona bildirişlər göndərilmişdir. İşləmədiyindən və maddi imkanı olmadığından aliment borucunu ödəyə bilməmiş və ünvan 3 ünvanında yerləşən evdə başqa şəxs yaşadığından X6 X12 ilə birlikdə həmin ünvana köçürülməsi mümkün olmamışdır. Hazırda hər iki icra sənədi ilə bağlı təəbkarla razılığa gəlmişlər. Tələbkarın ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1590/2018 saylı icra sənədinə əsasən xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Bundan başqa, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-108/2024 saylı icra sənədinə əsasən X12 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İcra vərəqələri Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Lakin borclu maddi imkanı olmadağından aliment borcunu ödəyə bilməmiş və ünvan 3 ünvanında yerləşən evdə başqa şəxs yaşadığından X12 ilə birlikdə həmin ünvana köçürülməsi mümkün olmamışdır. Hazırda hər iki icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə razalışmışlar və ondan şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1590/2018 saylı icra sənədindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1590/2018 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu X13 icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-108/2024 saylı icra sənədindən görünür ki, X12 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-108/2024 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu X13 icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1590/2018 saylı və xx.xx.2024-cü il tarixli, 2(039)-108/2024 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edildiyi kimi hazırda tərəflər icra sənədlərinin icrası ilə bağlı razılaşma əldə etmişlər və tələbkar isə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətinin olmadığını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 15 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-145/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-145/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver