Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-146/2025 15.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Rüstəmli kəndinin ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X3 Bölməsinin sahə rəisi polis baş leytenantı X2 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Rüstəmli kəndinin ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis polkovniki Mahir Hüseynov və əməliyyat müvəkkili X6 rayonu Rüstəmli kəndi ərazisində xidmətdə olarkən ərzaq mağazasının qarşısında bir nəfər vətəndaşın ucadan səs-küy saldığını və ünvansız nalayiq küçə söyüşləri söyüdüyünü görmüş, həmin polis əməkdaşları həmin vətətndaşa yaxınlaşaraq özlərini təqdim etmiş və ictimai qaydanı pozduğunu ona bildirmiş, lakin həmin vətəndaş polis əməkdaşlarının dəfələrlə etdikləri nizam-intizam çağırışlarına məhəl qoymayaraq aqressiv şəkildə öz hərəkətini davam etdrimişdir.Daha sonra polis əməkdaşları tərəfindən həmin vətəndaş Yevlax rayon Polis Şöbəsinə gətirilmiş, onun Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs olması müəyyən edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Rüstəmli kəndinin ərazisində yerləşən çayxananın qarşısında telefonla ucadan danışmış, ona 2 nəfər mülki formada olan polis əməkdaşı yaxınlaşıb onu nizam-intizama dəvət etmiş lakin o polisin çağırışlarına məhəl qoymamışdır.O, polis əməkdaşları ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə getmişdir. Bildirdiklərini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq Mahir Hüseynovu və Məqsəd Allahverdiyevi tanımadığını onların polis əməkdaşı olduqlarını saxlanıldığı vaxt öyrəndiyini, bundan sonra polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı, X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Rüstəmli kəndi ərazisində digər əməliyyat müvəkkili, polis leytenanı Məqsəd Allahverdiyevlə birlikdə xidmətdə olan zaman vətəndaşın ərzaq mağazasının qarşısında ucadan səs-küy salmış, ünvansız nalayiq söyüşlər söydüyünü görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin vətəndaşın Yevlax rayonu Rüstəmli kəndində qeydiyyat olan və yaşayan Şəxs olması müəyyən edilmişdir. Bundan sonra o, saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5 digər şahid X7 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Rüstəmli kəndinin ərazisində qəsdən sərxoş vəziyyətdə polisin qanuni tələbinə tabe olmamışdır. Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı, Mahir Hüseynov tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Yevlax rayonu Rüstəmli kəndinin ərazisində əməliyyat müvəkkili, polis leytenantı Məqsəd Allahvediyevlə xidmətdə olduğu zaman bir nəfər vətəndaşın ərzaq mağazasının qarşısında ucadan səs-küy saldığını görmüş, ünvansız nalayiq küçə söyüşləri söydüyünü görərək həmin vətəndaşa yaxınlaşdıqlarını və özlərini təqdim etdiklərini ona ictimai qaydanı pozduğunu izah etmiş və həmin vətəndaşı sakitləşdirməyə çalışsaqda onun bizim ona qarşı dəfərlərlə etdiyimiz nizam-intizam çağırışlarına qəsdən məhəl qoymayaraq aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir.Daha sonra biz həmin şəxsi çətinliklə sakitləşdirmək barəsində qanuni tədbir görülməsi üçün polis şöbəsinə götirdik.Polis şöbəsində həmin şəxsin Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs olması müəyyən olunmuşdur.Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; Mingəçevir Şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 46 nömürəli protokolu üzrə Şəxs barəsində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsində onun sərxoş olduğu müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, Mingəçevir şəhər Narkoloji Dispanserinin protokolu eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 14 yanvar 2025-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-146/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-146/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver