Məhkəmə qərarları › İş №3(039)-1477/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1477/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1477/2025 09.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Yevlax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı avtomobilin şüşələri sındırılmış və qapısına zədə yetirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 inzibati xəta haqqında protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs onun qaynatasıdır. İyul ayının sonunda azyaşlı övladının səhhətində problemlər çıxmış, uşağı müalicə üçün Bakı şəhərinə aparıb 10 gün müalicə etdirdikdən sonra gətirmişlər. Övladının səhhəti ilə bağlı yaşanan nigarançılıq ailə münasibətlərinə də təsir etmişdir. 3 avqust 2025-ci il tarixdə 11 radələrində qaynatası və qaynanası onlara gəlmiş, evdə onun valideynləri ilə qaynatasıgil arasında söz-söhbət olmuşdur. Qaynatasıgilin bütün problemlərdə onu günhkar görməsindən, həmçinin onun həyat yoldaşını və övladlarının aparmaq istəməsindən əsəbləşərək yerdən götürdüyü daşla qaynatasına məxsus avtomobilin şüşələrini sındırmış, qapısını isə təpiklə əzmişdir. Lakin həmin avtomobilə 500 manat ziyan dəyməsi ilə razılaşmır. Hesab edir ki, ziyanın məbləği daha azdır. Qeyd etdiklərinin və azyaşlı övladının xəstə olmasını nəzərə alaraq barəsində nəzərə alınaraq iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkəmənin suallarına cavab olaraq bildirdi ki, dəymiş ziyanı maddi imkanı olmadığından ödəməmişdir. Həmçinin hesab edir ki. 500 manat ziyan dəyməmişdir. İş üzrə "xxxx" MMC-nin qaytanasının avtomobilinə dəymiş ziyanın 182 manat olması barədə mütəxəssis rəyi ilə isə razılaşır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində kürəkəni tərəfindən ona məxsus “VAZ 2106” markalı ** BD *** qeydiyyat nişanlı avtomobilinin şüşələri sındırılmış və qapısı təpiklə əzilmişdir. Hadisə nətəcəsində ona 500 manat məbləğində maddi ziyan dəymişdir. Lakin məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə də narazı deyil. Heç bir barışıqdan söhbet gedə bilməz. O, Şəxs şikayətçidir və onda dəymiş ziyanın ödənilməsini tələb edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edillmişdir; 27 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəıta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə qaynatası Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı daş parçası ilə Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı avtomobilin şüşələrini sındıraraq və təpiklə qapısını əzərək ona 500 manat dəyərində maddi ziyan vurmuşdur; "xxxx" MMC (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı ** BD *** qeydiyyat nişanlı dövlət qeydiyyat nömrəli avtomobilin iki ədəd yan güzgülər, 2 ədəd qabaq yan şüşə, 2 arxa yan şüşələrin qırılması və avtomoblin sağ qabaq qapısı əzilməsi nəticəsində dəymiş ziyan 182 manat dəyərində dqiymətləndirilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə bu qənaətə gəlir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xətanı törətmiş şəxsin şəxsiyyəti, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli, yəni 182 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar