Məhkəmə qərarları › İş №3(039)-15/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-15/2020

10.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-15/2020 10.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 13 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2019cu il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri H.Əliyev prospekti 27 saylı binananın birinci mərtəbəsində “Xanum” marketdə satışı qadağa edilmiş pirotexniki malları sataraq Azərbaycan Respublikası İXMnin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə səlahiyətli orqanın nümayəndəsininiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, 2-ci qrup əlildir və maddi vəziyyəti olduqca aşağıdır. Bayram ərəfəsində Bakı şəhərindən Yevlax şəhərinə qayıdarkən satıb qazanc əldə etmək niyyəti ilə yoldan 80 manat dəyərində satışı qadağa edilmiş pirotexniki malları alıb gətirmişdir. Hamın satışı qadağa edilmiş pirotexniki malları icarəyə işlətdiyi marketdə satışa qoymuşdur. Lakin sonra polis əməkdaşları gəlib həmin satışı qadağa edilmiş pirotexniki malları müsadirə edərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdirlər.Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri H.Əliyev prospekti 27 saylı binanın birinci mərtəbəsində yerləşən “Xanum” marketdə satışı qadağa edilmiş pirotexniki malları sataraq Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Famil Qasımovun xx xxxxxx 2019-cuil tarixli raportundan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 11:55 radələrində Yevlax şəhəri ərazisində pirotexniki maddələrin satışının qarşısının alınması məqsədi ilə rayon ərazisində İTB-nin profilaktika üzrə baş inspektoru, polis mayoru X3 və sahə polis nəfəri, polis baş serjantı X1 ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospekti 27 saylı binanın birinci mərtəbəsində yerləşən Şəxs işlətdiyi “Xanum” marketdə satışı qadağan edilmiş müxtəlif növdə pirotexniki maddələr aşkar edilərək götürlmüşdür; Şəxs xx.xx.2019-cu il tarixli izahatından görünür ki, xx.xx.2019-cu il tarixdə Yevlax şəhəri H.Əliyev prospekti 27 saylı binanın birinci mərtəbəsində yerləşən onun işlətdiyi “Xanum” marketdə satışı qadağan edilmiş müxtəlif növdə pirotexniki maddələr aşkar edilərək götürlmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək “EK-23” 75 ədəd, “EK-101” 10 ədəd, “A-5” 15 ədəd, “EK-6” 5 ədəd, “A-15” 15 ədəd, “041” 08 ədəd, “Kold Bol” 10 ədəd, “P-1000” 10 ədəd, “P-2000” 2 ədəd, “EK 100” 3 ədəd, “Top” 3 ədəd və “DUA” 8 ədəd pirotexniki məmulatlar müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar