Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-15/2022 11.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nizami prospekti ev 26, mənzil 20-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 30 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən 26 saylı binanın qarşısında norkotik vasitədən istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, Yevlax şəhəri Nizami prospekti bina 8, ev 20-də yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzi Sisteminə müraciət edərək, qardaşı Şəxs narkotik vasitə qəbul etməsini bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis X3 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X4 06 yanvar 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, o, 3 il əvvəl bir dəfə narkotik vasitə olan marixuana qəbul etmişdir. Təxminən 1 həftə əvvəl Yevlax şəhəri Nizami prospektində yerdən tapdığı patı deyilən psixotrop vasitəni evdə tək olanda istifadə etmişdir. 30 dekabr 2021-ci il tarixdə isə Eşqinlə birlikdə yaşadığı binanın qarşısında söhbət edən zaman bacısı Jalə həmin yerə gələrək səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə gətirmişdir. Əməlindən peşmandır. İşdə olan 11 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 11 yanvar 2022-ci il tarixdə saat 12:30-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis X4 baş təhqiqatçısı, polis mayoru X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Süleyman Süleymanov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsi: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-15/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-15/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver