Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-151/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X5 inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli qərarından vermiş olduğu şikayətinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bəyaz Cabbarov Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X5 inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, A Aran Regional Dövlət X5 rəis müavini X4 tərəfindən qəbul edilmiş MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. O, həmin qərarı qeyri-qanuni və əsassız hesab edir. Belə ki, rəhbərlik etdiyi Səhiyyə Ocağı Dövlət Sektoruna aiddir. Eyni zamanda “X6” X10 bir qoludur. Birbaşa rəhbərlik onun səlahiyyətlərinə aid deyildir. Odur ki, şəxsən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunsuz və əsassız olmaqla yanaşı, ədalətsizlik hesab edir. Bəyaz Cabbarov məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Aran Regional Dövlət X5 əməkdaşları ona müraciət edərək onun rəhbərlik etdiyi şöbənin inzibati binasının yanğın xəbər verən avtomatik siqnalizasıya sisteminin işlək vəziyyətdə olması barədə aktı təqdim edilməsini xahiş etmişlər. Buna cavab olaraq bildirmişdir ki, şöbənin yerləşdiyi bina X2 balansında olmaqla onun belə akt tərtib etdirməsinə səlahiyyəti yoxdur. Belə ki, bu akt “X6” X10 direktorunun göstərişi əsasında tərtib edilməlidir. Öz növbəsində X10 direktoruna müraciət edərək şöbənin yerləşdiyi binanın siqnalizasiya sisteminin yoxlanılmasına və bu barədə akt tərtib edilməsinə dair köməklik edilməsini xahiş etmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X5 nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax şəhəri Çənlibel qəsəbəsində yerləşən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 Vərəm şöbəsinin inzibati binasında planlı yanğın texniki müayinə keçirilən zaman yanğın xəbər verən avtomatik siqnalizasıya sisteminin işlək vəziyyətdə olmaması müəyyən edilmiş, mütəxəssis tərəfindən yoxlanılması barədə akt tərtib edilməmişdir. Bu barədə protokol xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmaqla xəbərdarlıq edilmiş, lakin xəbərdarlığa məhəl qoymadığına görə xx xxxxxx 2021-ci il tarixdə vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vərəm şöbəsində yanğın təhlükəsizlik qaydalarının pozulması əvvəllər də baş vermiş, lakin aradan qaldırılmışdır. Şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X5 inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli qərarında qeyd edilir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax şəhəri Çənlibel qəsəbəsində yerləşən vərəm şöbəsinin inzibati binasının yanğın avtomatika siqnalizasiya qurğusunun sazlığı barədə akt alınmadığı üçün “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 Vərəm şöbəsinin müdiri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 xx xxxxxxxx 2020-ci il tarixli 14331 №-li arayışında qeyd olunur ki, X3 hal-hazırda Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 vərəm şöbəsinin müdiri vəzifəsində işləyir. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 Vərəm şöbəsinin müdiri X1 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 direktoru A.C.İsmayılova ünvanladığı xx xxxxxx 2021-ci il tarixli məlumatda qeyd edilir ki, Vərəm şöbəsinin siqnalizasiya sisteminin yoxlanılıb akt alınmasında köməklik göstərilməsi xahiş edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə 129.1.3. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Maddə 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Beləliklə, mövcud sübutlarla müəyyən olunur ki, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X10 Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov tərəfindən yanğın avtomatika siqnalizasiya qurğusunun sazlığı barədə akt tərtib edilməməklə, onun tərəfindən yanğın təhlükəsizlik qaydaları pozulmuş, bu səbəbdən Bəyaz Cabbarov barəsində Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X5 müvafiq vəzifəli şəxsi tərəfindən MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsi olduğu qənaətinə gəlinərək xx xxxxxx 2021ci il tarixli qərarla o, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, “X6” X10 Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov tərəfindən mübahisələndirilən qərarda qeyd edilən inzibati xəta törədilməsi təsdiq olunur və o, Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X5 vəzifəli şəxsi tərəfindən düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, məhkəmə hesab edir ki, Bəyaz Cabbarov tərəfindən ilk dəfə inzibati xəta törədilməsi, onun şəxsiyyətini xarakretizə edən hallar, təqsirinin dərəcəsi, inzibati xətanı aradan qaldırmaq üçün müvafiq tədbirlər görməsi, əmlak vəziyyəti nəzərə alınmalı və qərar dəyişdirilərək ona xəbərdarlıq elan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133- 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X5 inzibati tənbeh vermə haqqında MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli qərarı dəyişdirilərək ona xəbərdarlıq elan edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədirlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-151/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-151/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver