Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-153/2024 21.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi İsmayılov Gündüz Etibar oğlunun katibliyi ilə Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X3 Yevlax rayon Polis Şöbəsinin DYPB-in yol Patrul Xdmətinin inspektoru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri 32-ci məhəllə ev 2/12-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10-da Yevlax şəhəri Heydər Əliyev prospektində yerləşən “Mahirin apteki” adlanan ərazidə Yevlax RPŞ-nin DYPB-in yol Patrul Xdmətinin inspektorlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 çıxış edərək bildirmişdir ki, Yevlax rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində ximətdə olan zaman, vətəndaş polis əməkdaşlarına tabesizlik göstərmişdir. Ona görə də o, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin DYPB-in yol Patrul Xdmətinin inspektoru X4 bildirmişdir ki, Şəxs oğlu X5 şəhər ərzisində avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmış və bu zaman məlum olmuşdur ki, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də olmamışdır. Buna görə də həmin sürücü barəsində protokol tərtib olunaraq avtomobil duracağa yerləşdirilmişdir. Bundan sonra sürücünün atası Şəxs bölməyə gələrək, orada səs-küy salmış və nalayiq ifadələr işlədmişdir. Bu səbəbdən də onlar post patrul əməkdaşlarını çağıraraq Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bildiyini qeyd etdi və bildirdi ki, xx.xx.2024-cü il tarixdə oğlu İlqar Muxtarlı ona zəng vuraraq Yol Patrul Xidmətinin əməkdaşlarının onu saxlayıb polis Şöbəsinə apardıqlarını bildirmişdir. Həmin vaxt o, Yevlax rayon Yol Patrul Xidmətinin inzibati binasına gələrək, polis əməkdaşlarından nə baş verdiyini soruşduqda polis əməkdaşları ona avtomobilə cərimə yazılacağını və səhər gəlib avtomobilini götürə biləcəyimi demişlər. O, polis əməkdaşları ilə razılaşaraq inzibati binanı tərk etdikdə İsrail Cəbrayılov onu səsləyərək, Valeh müəllimin yanına keçməyini bildirmiş və o, İsraillə birlikdə Valeh müəllimin yanına qalxdıqda İsrail onu təhqir edib mübahisə yaratmağa başlamışdır. O, mübahisə zamanı heç bir polis əmədaşının ünvanına söyüş söyməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində Yevlax şəhəri Heydər Əliyev prospektində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır; xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-153/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-153/2024
21.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver