Məhkəmə qərarları › İş №3(039)-154/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-154/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-154/2021 12.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 10:40 radələrində Yevlax şəhəri 1 saylı mərkəzi bazarda ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Əmirxan Namazov izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 10:40 radələrində icraatında olan Yevlax şəhəri N.Tusi küçəsi 10 saylı evdə yaşayan Mahmudova Könül Xəlil qızının ərizəsinin icrası ilə əlaqədar olaraq həyat yoldaşı Şəxs izahatının alınması məqsədilə xidməti iş otağına dəvət edən zaman Şəxs Yevlax şəhəri Mərkəzi bazarında ictimai yerdə ucadan səs-küy salaraq, ünvansız küçə söyüşləri etməyə başlamışdır. O, həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq öz qanunusz hərəkətlərin davam etdirərək polziin qanuni tələbinə qəsdən tabe olmamışıdır. Bundan sonra o, raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, N.Tusi küçəsi, 10 saylı ünvanında yaşayır. Könül Mahmudova onun arvadıdır, arvadının onun barəsində Yevlax Rayon Polis Şöbəsinə yazmış olduğu şikayət ərizəsinin icrası ilə əlaqədar polis əməkdaşı Əmirxan Namazov onu şəxsi otağına dəvət etmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 10 radələrində Yevlax şəhər Mərkəzi Bazarda əsəbləşərək ucadan səs-küy salmışdır. Polis əməkdaşı onu dəfələrlə nizam-intizama dəvət etmiş, lakin o, polisin tələblərinə tabe olmamışdır. Bundan sonra onu, rayon polis şöbəsinə gətirmişlər. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Əmirxan Namazov tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarıhəddinin dördə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar