Məhkəmə qərarları › İş №3(039)-156/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-156/2021

13.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-156/2021 13.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Oba” marketin qarşısında və daxilində işçilərin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bundan sonra onu edilmiş şikayət əsasında rayon polis şöbəsinə dəvət edəndə o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Oba” marektin qarşısında və daxilində işçilərin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bundan sonra “Oba” marketin adminstratorunun şikayəti əsasında o, Şəxs dəfələrlə izahatının alınması üçün rayon polis şöbəsinə dəvət olunsa da, Şəxs polis şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə Şəxs yaşadığı ünvana gedərək onun izahatını almaq istəsə də, Şəxs izahat verməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixdə polis şöbəsinə gələcəyini bildirmişdir. Həmin tarixdə vətəndaş polis şöbəsinə gəlməmiş və onun evinə gedərək onu polis şöbəsinə gətirmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə kənd ərazisində yerləşən “Oba” marketdən alış-veriş etdikdən sonra yaşadığı evə getmişdir. Evdə aldığı ərzaqlar olan sellofan torbada alış-veriş etməyi barədə kassa qəbzinin olmadığını müəyyən etmişdir. xx xxxxxx 2021-ci il tarixdə kənd ərazisində yerləşən “Oba” marketə təkrarən alış-veriş məqsədi ilə gedəndə o, marketin əməkdaşlarına əsəbi formada onun qəbzini vermədikləri üçün irad bildirmiş və marketin şikayət kitabını tələb etdikdə marketin əməkdaşının biri onu kənara çəkərək şikayət etməməyi xahiş etmiş və ona başqa çek verəcəklərini bildirmişlər. o, başqa çeki istəmədiyini bildirmiş və evinə getmişdir. Lakin bir müddət sonra yenə marketə qayıdaraq əməkdaşlardan əsəbi danışdığı üçün üzr istəmişdir. Bundan bir neçə gün sonra Yevlax rayon polis şöbəsindən ona zəng edərək marketin əməkdaşının onun barəsində şikayətçi olduğunu bildirərək rayon polis şöbəsinə gəlməyi tələb etmişdir. Lakin o, Yevlax rayon ərazisində olmadığı üçün polis əməkdaşına hazırda başqa rayonda yas mərasiminə getdiyini bildirmişdir. Bundan bir neçə gün sonra polis əməkdaşı onun yaşadığı evə gələrək təkrar ondan polis şöbəsinə getməyi tələb etdikdə o, etiraz etmədən getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Oba” marektdə satıcı işləyir. xx xxxxxx 2021-ci il tarixdə Şəxs marketə gəlib ucadan səs-küy salaraq onlardan niyə onun alış-veriş qəbzini vermədiklərini və marketin nəzarət kitabçasını soruşmuşdur. O, vətəndaşa şikayət etməməsi üçün ona başqa qəbz verə biləcəyini bildirdikdə vətəndaş əsassız olaraq onun təhqir etmiş və “ mənə kiminsə qəbzi lazım deyil” sözlərini demiş və başqa nalayiq ifadələr işlətmişdir. Bundan sonra marketin baş satıcısı Behbud Behdudov səs-küyü eşidib onların yanına yaxınlaşmış və həmin vətəndaş Behbudu da təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Oba” marektdə baş satıcı işləyir. xx xxxxxx 2021-ci il tarixdə Şəxs marketə gəlib ucadan səs-küy salmış və satıcı Rəfail Abullayevə nöqsan bildirdiyini görüb onların yanına yaxınlaşaraq nə baş verdiyini soruşduqda həmin vətəndaş heç bir əsas olmadan ona “rədd ol burdan” və məhkəmə iclasında səsləndirə bilməyəcəyi nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Oba” marketin qarşısında və daxilində işçilərin ünvanına nalayiq ifqadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bundan sonra onu edilmiş şikayət əsasında rayon polis şöbəsinə dəvət edəndə o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax rayonu Malbinəsi kəndində yerləşən “Oba” marketdə adminstrator vəzifəsində işləyən X1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Yevlax rayonu Malbinəsi kənd sakini Şəxs xx xxxxxx 2021-ci il tarixdə marketin qarşısında və daxilində marketin işçilərini nalayiq sözlərlə təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapsa da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatından onun polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamış, onun tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar