Məhkəmə qərarları › İş №3(039)-156/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-156/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-156/2022 10.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X9 oğlunun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Fizuli küç.18/4-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 04 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-757/2012 saylı, 01.10.2012-ci il tarixli icra sənədi üzrə yaranmış 500 manat və Nəsimi Rayon Məhkəməsinin 2(006)-7012/2018 saylı 30.11.2018-ci il tarixli icra üzrə 5315 manat borcu ödəməkdən yayınmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından bu müddət ərzində onunla əlaqə saxlamaq mümkün olmamışdır və nəticədə onun yerini müəyyən etmək üçün barəsində axtarış elan olunsa da 04.02.2022ci il tarixdə borclu könüllü olaraq icra şöbəsinə gəlmişdir. Şöbədə icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək qalıq borcunu ödəyə bilməcəyini bildirmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək tədbir görülməsi üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Protokol məhkəməyə göndərildiktən sonra borclu və Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7012/2018 saylı 30.11.2018-ci il tarixli icra sənədi üzrə tələbkarın xeyrinə 1100 manat pul ödədiktən sonra onun icra sənədi üzrə 4215 manat borcu qalmışdır. Həmin məhkəmə iclasında borclu Yevlax Rayon Məhkəməsinin 2(039)-757/2012 saylı, 01.10.2012-ci il tarixli icra sənədi üzrə tələbkarın xeyrinə 300 manat pul ödədiktən sonra, tələbkara 200 manat borcu qalmışdır. Məhkəmə iclasında borclu icra sənədləri üzrə ödəniş etdiyi üçün Yevlax Rayon Məhkəməsinin qərari ilə borclunun barəsində olan inzibati xəta haqqında protokolun icraatına xıtam verilmişddir. Lakin Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7012/2018 saylı 30.11.2018-ci il tarixli icra sənədi üzrə tələbkar həmin qərar ilə razılaşmayaraq apelyasiya şikayəti vermişdir. X10 Məhkəməsində baxıldıqdan sonra əlavə araşdırma aparılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin işə yenidən baxılan zaman borclu hər iki icra vərəqəsi üzrə olan borcunu tam şəkildə ödəmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X1 və Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edə bilmədiyini, borclu tərəfindən icra sənədinin icra edilməsini xahiş etmişdir. Məhkəmə X1nın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, pulunu tam şəkildə ödəmiştir və barəsində inzibati materiallar haqqinda sənədlər xitam etməyini istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-757/2012 saylı, 01.10.2012-ci il tarixli icra sənədi üzrə yaranmış 500 manat və Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7012/2018 saylı 30.11.2018-ci il tarixli icra üzrə 5315 manat borcu ödəməkdən yayınmışdır. İcraata başlama haqqında 13.02.2017-ci il tarixli qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-757/2012 saylı, 01.10.2012-ci il tarixli il icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İcraata başlama haqqında 19.12.2018-ci il tarixli qərardan görünür ki, Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7012/2018 saylı 30.11.2018-ci il tarixli il icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; 19.01.2019-cu il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində 19.01.2019-cu il tarixdə axtarış elan edilmişdir; 10.05.2022-ci il tarixli **********13330 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 200 manat məbləğində ödəniş olmuşdur. 28.04.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 311.8 manat məbləğində ödəniş olmuşdur. 10.05.2022-ci il tarixli **********35921 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 4365 manat məbləğində ödəniş olmuşdur. 27.04.2022-ci il tarixli **********55941 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 200 manat məbləğində ödəniş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-757/2012 saylı, 01.10.2012-ci il tarixli və Baki şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7012/2018 saylı 30.11.2018-ci il tarixli icra sənədi üzrə alimentin ödənilməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar