Məhkəmə qərarları › İş №3(039)-156/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-156/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-156/2025 21.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Yevlax rayon X15 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X10, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Hürüuşağı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 21 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Hürüuşağı kəndinin ərazisində Şəxs ilə X11 arasında mübahisə olmuş və onlar qarşılıqlı olaraq bir birilərini döymüşlər. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X15 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X16 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon X13 bölməsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X15 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin haqqında qanuni tədbir görülməsini xahiş etdi. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində Yevlax rayonu Hürüuşağı kəndinin ərazisindəki torpaq sahəsində heyvanlarına baxmağa getmiş, lakin heyvanları getdiyi yerdə görə bilməmiş buna görə heyvanlarını axtarmağa başlamışdır. Daha sonra qonşu Salahlı kəndində yaxın yerdə axtardığı heyvanları tapmış, heyvanlarını X4 atla naməlum istiqamətə apardığını görmüş, heyvanların hara apadığını soruşmuş o isə sahibi olmadığı üçün naməlum istiqamətə apardığını bildirmişdir.Həmin zaman aralarında mübahisə olsa da, o, X7 heç bir bədən xəsarəti yetirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 3 radələrində atla Yevlax rayonu Hürüuşağı kəndinin ərazisində olan torpaq sahəsində özünə məxsus olan yerə Şəxs məxsus heyvanların daxil olduğunu görmüş, həmin heyvanları ordan çıxarmış, lakin bu zaman Şəxs həmin yerə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Nurəddin ilk olaraq atı vurmuş, bu zaman yerə yıxılmışdır. Daha sonra Şəxs ona yerdə bədən xəsarəti yetirmiş və o özündən getmişdir. Ayılanda isə Nurəddinin Tural adlı şəxslə mübahisə etdiyini görmüş və oradan çıxıb evlərinə getmişlər. Şəxs ona bir daha ziyan vetirməyəcəyi təqdirdə onunla barışa biləcəyini bildirmişdir. X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs özünü təqsirli bilməmiş, onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati icraat üzrə olan işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Hürüuşağı kəndinin ərazisində X11 ilə aralarında mübahisə olmuş və qarşılıqlı olaraq bir birilərini döyümüşlər; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X15 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2024-cü il tarixli, 767 saylı rəyindən görünür ki, X2 qaşüstü nahiyyənin, burun belinin sıyrığı, alt çənə qabarının şişkinliyi vardır.Bu xəsarət küt alətinin təsirindən əmələ gəlmişdir,əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə, Şəxs özünü təqsirli bilməsi, yəni X8 vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 767 nömrəli rəyindən göründüyü kimi X3 qaşüstü nahiyyənin, burun belinin sıyrığı alt çənə qabarının şişkinliyi vardır,o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər; - iş üzrə zərərçəkmiş şəxs X11 izahatında Şəxs xx.xx.2024-cü il tarixdə ona bədən xəsarəti yetirdiyini bildirmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 450 ( dörd yüz əlli ) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar