Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-158/2021 16.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu xx xxxxxx 2021-ci il tarixdə saat 17:30-da Yevlax rayonu Qoyunbinəsi kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs Şəxs oğlu tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs oğlunun əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Rəsmi nikahları pozulsa da münasibətərini yaxşılaşdırmaq üçün bir müddət əvvəl barışmışlar və birlikdə yaşayırlar. xx xxxxxx 2021-ci il tarixdə evdən onun icazəsi olmadan çıxdığı üçün arvadı Müjganla mübahisələri düşmüş və o, Müjganı itələmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını bildirərək iş üzrə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun əridir. Rəsmi nikahları pozulsa da münasibətərini yaxşılaşdırmaq üçün bir müddət əvvəl barışmışlar və birlikdə yaşayırlar. xx xxxxxx 2021-ci il tarixdə Rəsul ilə birlikdə yaşadıqları kənddən şəhərə gəlmişlər və o, gözəllik salonuna getmişdir. Bir müddət sonra qaynatası onun istifadəsində olan telefona zəng edərək salona getməsi səbəbindən onu təhqir etmişdir. Axşam saatların əri Rəsul ilə yaşadıqları evə qayıtdıqdan sonra o, Rəsula atasının onu əsassız olaraq təhqir etdiyini bildirdikdə, Rəsul səbəbsiz olaraq onu vurmuşdur. Hazırda Şəxs heç bir şikayətinin olmadığını və onunla barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu xx xxxxxx 2021-ci il tarixdə saat 17:30-da Yevlax rayonu Qoyunbinəsi kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərəçəkmişin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-158/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-158/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver