Məhkəmə qərarları › İş №3(039)-158/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-158/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-158/2023 06.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri X10 küçəsi ev 82 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X4 məxsus Yevlax şəhəri Kür çayı sahilində yerləşən boş açıq sahədə quraşdırılmış transformatorun sarğı hissəsini və 10 mert uzunluğunda dəmir borunu oğurlamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X4 məxsus Yevlax şəhəri Kür çayı sahilində yerləşən boş açıq sahədə quraşdırılmış transformatorun sarğı hissəsini və 10 mert uzunluğunda dəmir borunu oğurlamışdır Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X4 məxsus Yevlax şəhəri Kür çayı sahilində yerləşən boş açıq sahədə quraşdırılmış transformatorun sarğı hissəsini və 10 mert uzunluğunda dəmir borunu oğurladığını bildirmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. X1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılaraq bildirmişdir ki,zərərin ödənmədiyini,təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs, xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X4 məxsus Yevlax şəhəri Kür çayı sahilində yerləşən boş açıq sahədə qurlaşdırılmış transformatorun sarğı hissəsini və 10 mert uzunluğunda dəmir borunu oğurlamışdır.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; "xxxx" MMC-nin arayışından görünür ki,90 sm olan dəmir borunun 1 (bir ) metrinin bazar qiyməti 7 (yeddi) manat olmaqla 10 metrinin qiyməti 70 (yetmiş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi barəsində inzibati icraat aparılan şəxsin izahatı ilə yanaşı, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 27(iyirmi yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 06 mart 2023-cü il tarixdən saat 18:00-dən hesablansın. Şəxs 322 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X4 ödənilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar