Məhkəmə qərarları › İş №3(039)-16/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-16/2020

23.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-16/2020 23.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Qasımov Nurlan Asif oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxx 2014-cü il tarixli SNƏ/140009 saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxx 2014-cü il tarixli SNƏ/140009 saylı qərarına xitam verilməsinə dair X3 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətin məzmunundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xəta Haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxx 2014-cü il tarixli SNƏ/140009 saylı qərarına əsasən X1 Yevlax şəhəri H.Əliyev prospekti 53 ünvanında yerləşən obyektdə lisenziya olmadan əczaçılıq fəaliyyəti göstərməsi faktı aşkar edilərək, X3 AR İXM-nın 64.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 5000 manat cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi X3vermiş olduğu şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xəta Haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxx 2014-cü il tarixli qərarından bir neçə gün əvvəl xəbərdar olmuşdur. Məlum olub ki, həmin qərarla o, AR İXM-nın 64.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 5000 manat cərimə edilmişdir. Həmin qərar icra edilməsi üçün onun onun pensiyasına yönəlmiş, pensiyanı az alan zaman bu barədə məlumatı olmuş, 2019-cu ilin noyabr ayında qərarın sürətini icra məmurundan götürərək, hazırkı şikayəti etmək məcburiyyətində olmuşdur. Bundan başqa X3 bildirmişdir ki, qeyd olunan aptek ona aid deyil. Həmin aptek hüquqi şəxsi “xxxxxxxxxxxxxxx" MMC-yə aiddir, o, həmin aptekdə satıcı kimi fəaliyyət göstərir. Bütün bunlara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnzibati Xəta Haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxx 2014-cü il tarixli qərara əməlində inzibati xətanın tərkibi olmadığından xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında vəkil Məmmədov Fərhad Möhübbət oğlu çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tətbiq edilmiş inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxx 2014-cü il tarixli qərara xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunmalıdır ki, Rəşad Nəbiyev həm şikayət ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında mübahisələndirdiyi qərarı 2019-cu ilin noyabr ayında icra şöbəsindən aldığını bildirmişdir. Şikayət ərizəsi isə Məhkəməyə xx.xx.2019-cu il tarixdə verilmişdir. Göründüyü kimi, Rəşad Nəbiyev qərarı aldığı vaxtdan 10 gün ərzində verməli olduğu halda, bundan 19 gün sonra, yəni şikayətin verilməsi müddəti qurtardıqdan sonra vermiş, bununla da şikayətin verilməsi müddətini ötürmüşdür. Eyni zamanda buraxılmış müddətin bərpa edilməsi haqqında məhkəməyə ayrıca vəsatət verməmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə verilmiş şikayət və ona əlavə olunmuş sənədlər onu vermiş şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 və 130.2-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara alır: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxx 2014-cü il tarixli SNƏ/140009 saylı qərarından verilmiş şikayət X2 geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar