Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-16/2022 11.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 11 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 21.12.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X2 yaşadığı binanın dam örtüyünə quraşdırılmış 2 ədəd pəncərəni oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X6 izah etdi ki, ünvan 1 ünvanında yaşayan X4 21.12.2021-ci il tarixdə DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı binanın dam örtüyünə quraşdırılmış, ümumi dəyəri 40 manat olan 2 ədəd pəncərənin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin X1 göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Pişəvəri küçəsi, 3 saylı evdə yaşayır. 21.12.2021-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən yaşayış binasının dam örtüyündən 2 ədəd pəncərəni oğurlamışdır. Əməlindən səmimi olaraq peşman olmuş və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir. Məhkəmədən zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 11 yanvar 2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə hazırda barışdığını, ona dəymiş ziyanın Şəxs tərəfindən tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 dekabr 2021-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti Yevlax RPŞ-nin X1 göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 11.01.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12.10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş olan ziyanın ödənilməsini bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-16/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-16/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver