Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-160/2020 10.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Raqib Nəzərəliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx xxxxxxxx 1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Aran qəsəbəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 02:25 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Raqib Nəzərəliyev bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 02:25 radələrində Yevlax Rayon Polis Şöbəsində 6 saylı marşrutda polis nəfəri polis sejantı Sərxan Məmmədov və Süleyman Əsədov xidmətdə olan zaman tanımadıqları bir nəfər vətəndaş sərxoş vəziyyətdə Rayon Polis Şöbəsinin giriş qapısına yaxınlaşaraq uca səslə şöbə rəhbərliyini soruşmuşdur. Bu zaman həmin vətəndaş uca səslə ünvansız nəlayiq söyüşlər söyərək ictimai yerdə ictimai qaydanı pozmağa başlamışdır. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, sərxoş olduğu üçün öz hərəkətlərini davam etdirərək polis əməkdaşları ilə mübahisə etdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı Süleyman Əsədov və X6 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 02:25 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ictimai qaydanı pozaraq səs-küy salmış, ucadan nalayiq söyüşlər edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı X2 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 02:25 radələrində Yevlax Rayon Polis Şöbəsində 6 saylı marşrutda polis nəfəri polis sejantı Sərxan Məmmədov ilə birlikdə xidmətdə olan zaman tanımadıqları bir nəfər vətəndaş sərxoş vəziyyətdə Rayon Polis Şöbəsinin giriş qapısına yaxınlaşaraq uca səslə şöbə rəhbərliyini soruşmuşdur. Onlar həmin vətəndaşa bildirmişlər ki, ona kim və nə lazımdır, bu zaman həmin vətəndaş uca səslə ünvansız nəlayiq söyüşlər söyərək ictimai yerdə ictimai qaydanı pozmağa başlamışdır. O, post yoldaşı ilə bərabər onu nizam intizama dəvət etsə də, o, sərxoş olduğu üçün öz hərəkətlərini davam etdirərək onunla mübahisə etməyə başlamışdır. Onlar həmin vətəndaşı dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o polis qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisə etdiyi üçün onu saxlayıb Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Yevlax rayon Aran qəsəbəsində yaşayan Şəxs olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı X3 məhkəmə iclasında şahid Süleyman Əsədovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahidlərin ifadələri, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı Süleyman Əsədovun və Sərxan Məmmədovun xx xxxx 2020-ci il tarixli raportu, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Raqib Nəzərəliyev tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2020-ci il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuş, xx xxxx 2020-ci il tarixdə sat 16:30-da Şəxs iltizam verərək, xx xxxx 2020-ci il tarixdə saat 10:00-da Yevlax Rayon Polis Şöbəsində olacağını bildirmişdir. 63 №-li, xx xxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 02:55-də orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin ifadələrini, Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. xx xxxx 2020-ci il tarixdən saat 02:50-dən xx xxxx 2020-ci il tarixə saat 16:30-dək həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək Şəxs 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-160/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-160/2020
10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver