Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-160/2021 16.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 22 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx xxxxxx 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə tapdığı X3 məxsus “Albalı” kartdan 256 manat pul çıxartmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə X3 məxsus “Albalı” kartı tapdıqdan sonra həmin kartdan “Neptun” marketdən 256 manat dəyərində ərzaq məhsulları almışdır. X2 ərizəsi əsasında Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus olan“Albalı” kartı itirmiş və bu səbəbdən də rayon polis şöbəsinə ərizə vermişdir. Bundan sonra iş yerində olan zaman kartdan alış-veriş edilməsi barədə telefonunda olan mobil tətbiqə bildiriş gəlmişdir. O, bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Kartın üzərində onun adı və soyadı göstərilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Yevlax şəhəri ərazisində yerləşən “Beynəlxalq bankın” yanında yerdən bir ədəd “Albalı” kartı tapmış və kartda pul olub-olmamasını yoxlamaq üçün şəhərdə yerləşən “Neptun” marketə getmiş və özü üçün müxtəlif növ ərzaq, içki və siqaret almışdır. Həmin tapdığı kartın üzərində kartın sahibinin kimliyi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə X2 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə şöbənin İTB-yə göndərilməsi qərara alınmışdır; xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə tapdığı X3 məxsus “Albalı” kartdan 256 manat pul çıxartmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama inzibati xətasını törətmişdir; xx xxxxxx 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 15:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X5 özünə məxsus “Albalı” kartı xx.xx.2021-ci il tarixdə itirmiş, həmin kartı Şəxs tapmış və həmin kartla 256 manat alış-veriş edərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmuşdur. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, qəsdən, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yöndəlməsindən ibarət hərəkətlər başa düşülür. Hazırkı iş üzrə Şəxs zərərçəkmişə məxsus kartı hüquqazidd əməl nəticəsində əldə etməmiş, yəni talamamışdır. Şəxs əməlində təqsirin qəsd forması müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Eyni zamanda zərərçəkmiş şəxsə izah olunur ki, ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-160/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-160/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver