Məhkəmə qərarları › İş №3(039)-161/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-161/2020

10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-161/2020 10.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Yevlax rayonu, Aran qəsəbəsində ucadan səsküy salaraq ictimai qaydanı pozmuşdur və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il Yevlax rayonu, Aran qəsəbəsində sərxoş halda tannımadığı şəxsin avtomobilinə əyləşdiyindən polis nəfəri Elnur Musayev ondan kim olduğunu və niyə tanımadığı şəxsin avtomobilinə əyləşdiyini soruşduqda Şəxs ucadan səs-küy salmağa başlamışdır. Bu səbəbdən də polis əməkdaşı onu intizamlı olmağa dəvət etmişdir. Buna baxmayaraq, həmin vətəndaş onun qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə Elnur Musayev tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə satıcı işlədiyi Mingəçevir şəhərində yerləşən marketdə alkoqollu içki alıb yolda içərək yaşadığı Yevlax rayonu, Aran qəsəbəsinə gəlmişdir. Lakin çox sərxoş olduğundan və evə sərxoş halda getməmək üçün çöldə ayılıb daha sonra evə getmək qərarına gəlmişdir. Bundan sonra sərxoş olduğu üçün küçədə park edilmiş tanımadığı şəxsə məxsus avtomobilin qapısının açıq olduğunu görüb və həmin avtomobildə əyləşib ayılmaq qərarına gəlmişdir. Daha sonra polis əməkdaşı gəlib ondan kim olduğunu və niyə tanımadığı adamın avtomobilində əyləşdiyini soruşanda o, özündən asılı olmayaraq uca səslə səs-küy salmağa başlayıb, ona oğru olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı onu nizam-intizama dəvət etsə də o, əsəbi olduğundan polis əməkdaşının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı Musayev Elnur Göyüş oğlu protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 01:00 radələrində xidmətdən evə gedərkən əvvəllər tanıdığı İsmayıl adlı şəxsə məxsus “Lexus” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilinə bir nəfər vətəndaşın əyləşdiyini görüb və həmin vətəndaşa yaxınlaşıb onun başqasının avtomobilində nə üçün əyləşdiyini soruşduqda həmin vətəndaş ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğu üçün tərəfindən nizam-intizama dəvət olunsa da o, sərxoş vəziyyətdə olduğu üçün onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarının köməkliyi ilə həmin vətəndaş polis polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Yevlax rayonu, Aran qəsəbəsində ucadan səsküy salaraq ictimai qaydanı pozmuşdur və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı Musayev Elnur Göyüş oğlunun xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 01:00 radələrində xidmətdən evə gedərkən əvvəllər tanıdığı İsmayıl adlı şəxsə məxsus “Lexus” markalı ** UC *** dövlət qeydiyyat nöşanlı avtomobilinə bir nəfər vətəndaşın əyləşdiyini görüb və həmin vətəndaşa yaxınlaşıb onun başqasının avtomobilində nə üçün əyləşdiyini soruşduqda həmin vətəndaş ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğu üçün tərəfindən nizam-intizama dəvət olunsa da o , sərxoş vəziyyətdə olduğu üçün onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarının köməkliyi ilə həmin vətəndaş polis polis şöbəsinə gətirilmişdir; 67 №-li, xx.xx.2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx.xx.2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; xx xxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 02:05-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM 33.1.7) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 02:05-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar