Məhkəmə qərarları › İş №3(039)-161/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-161/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-161/2021 17.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Yevlax rayonu, Yuxarı Salamabad kəndində qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs üzərindən 1,154 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X5 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən Yevlax rayonu, Yuxarı Salamabad kəndində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə marixuananı əldə edib istifadə etməsində, üzərində saxlamasında və onların qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən xx.xx.2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş Şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq QBRŞ-ya aparılmışdır. DİN BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis kapitanı X1 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs Şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan torbacıqda ümumi çəkisi 1,76 qram olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək, qanunamüvafıq qaydada qablaşdırılaraq götürülmüşdür. DİN BNMİ-nin QBRŞ-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla X4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün Kəpəz RPİ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin xx xxxxxx 2021-ci il tarixli müşaiyət məktubu ilə qeyd olunan inzibati material baxılması üçün Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir. Bu barədə tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs izahatında bildirdi ki, təmxinən iki aydır ki, narkotik vasitə marixuananı siqaret kağızına doldurub çəkir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Yevlax şəhəri ərazisindən axan kür çayının sahilində piyada gəzən zaman yerdən sellofan büküm tapmışdır. Bükümə baxış keçirən zaman içərisində narktoik vasitə marixuananın olduğunu bilmişdir. Sonra kütləni gələcəkdə istifadə etməsi üçün cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evi tərk edib küçəyə çıxan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Sonuncular xidməti vəsiqələrinə ona nümayiş etdirib özlərini təqdim etmişlər. O, polislərin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduğunu bildikdən sonra sonunculara üzərində narkotik vasitə heroin gəzdirdiyini bildirmişdir. Sonra polis əməkdaşları ona birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəklərini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu özləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Sonra özünün istəyi ilə müdafiəçi X8 dəvət olunaraq ona təqdim edilmişdir. Müdafiəçinin və anasının iştirakı ilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində olan narkotik vasitə marixuananı əynində olan qış gödəkcəsinin cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Narkoitk vasitə marixuana polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə video çəkiliş altında baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmişdir. Sonra kütləni zərfin içərisinə qoyub, ağzını bağlamışlar. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş digər maddə aşkar edilməmişdir. Sonra tərtib edilən protokol uca səslə oxunmuş və o, müdafiəçi ilə birlikdə həmin protokola imza etmişdir. Üzərindən aşkar edilmiş kütlədən başqa digər yerdə saxladığı narkotik vasitəsi olmamışdır. Üzərindən aşkar edilmiş kütləni öz istifadəsi üçün üzərində gəzdirmişdir. Həmin kütləni yəni marixuananı satmaq niyyəti olmamışdır və indiyənə qədər hər hansı bir şəxsə ümumiyyətlə narkotik vasitə satmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində toplanmış material inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Şəxs həmin tarixdə saat 19.30-da tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11.30-da şübhəli şəxs qismində tutulmadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 16/805 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2020-ci il tarixdə BNMİ-nin QBRŞ-nin inzibati binasında şübhəli şəxs Şəxs üzərindən götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə” sözləri yazılmış kağız paketdəki 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 1,154 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. (Tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,104 qram) İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1038 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın X6 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.2.-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 115.3-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan DİN BNMİ-nin QBRŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 1,104 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir, həmin məbləğ Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İnzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan DİN BNMİ-nin QBRŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 1,104 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsi hissəsində icrası Gəncə şəhəri, Kəpəz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Qərarın ekspertiza xərcinin tutulması hissəsində icrası Şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar