Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-162/2020 10.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 16.00 radələrində BDYPİ-nin 8-ci tağımının YPX-i inpektorunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X10 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 16.00 radələrində BDYPİ-nin 8-ci tağımının YPX-i inspektoru polis baş serjantı M.Rəhimov və V.İsmayılov BMV markalı ** YP *** qeydiyyat nişanlı avtopatrul maşını ilə xidmətdə olarkən BDYPİ-dən verilmiş göstərişə əsasən A 111 kv 777 RUS saxta qeydiyyat nişanı ilə Bakı-Qazax magistral yolunda hərəkətdə olan Rang Rover markalı avtomaşın BDYPİ-nin 721 saylı stasionar postunda verilmiş “saxla” işarəsinə əhəmiyyət verməyərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün verilmiş göstərişə əsasən Bakı-Qazax yolunun 275-ci km-də avtomaşın YPX-i inspektorları tərəfindən saxlanılmışdır. YPX-i inspektoru X1 yaxınlaşıb özünü təqdim edərək sənədlərini təqdim etməsini xahiş etmişdir. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq onlara sənədlərini təqdim etməkdən imtina edərək ona qarşı kobudluq edib avtomaşınla hərəkətini magistral yolda davam etdirmişdir. Onlar təkrar Bakı-Qazax yolunun 283-km-də həmin avtomobili yenidən saxladaraq avtomaşına aid sənədlərini və saxta qeydiyyat nişanını təqdim etməsini tələb etdikdə həmin şəxs polisin qanuni tələbinə qəsədn tabe olmadığı üçün Yevlax RPŞ-nə kömək üçün müraciət etmişlər. Yevlax RPŞ-nin PPXB-nün əməkdaşlarının köməkliyi ilə həmin vətəndaş avtomaşın ilə birlikdə Yevlax RPŞ-nə gətirilmişdir və bu barədə BDYPİ-nin 8-ci tağımının YPX-i inpektoru X6 RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Yevlax RPŞ-də məlum olmuşdur ki, həmin vətəndaş Şəmkir rayonu Çinarlı qəsəbə sakini Şəxsdur. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Rang Rover markalı avtomobil ona məxsusdur. Avtomobil idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. xx xxxx 2020-ci il tarixdə saat 16.00 radələrində idarə etdiyi avtomobillə Bakı-Qazax magistral yolunda hərəkətdə olan zaman YPX-i inspektoru idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. YPX-i inspektoru ona özünü təqdim edərək sənədlərini təqdim etməsini bildirmişdir. Lakin YPX-i inspektoruna sənədlərini təqdim etməyərək avtomobilini sürüb getmişdir. Bundan sonra YPX-i inspektorları idarə etdiyi avtomobili yenidən saxlatmışlar. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır və onlar kömək çağıraraq onu avtomobili ilə Yevlax RPŞ-nə aparmışlar. Hazırda əmlindən səmimi olaraq peşmandır və polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin birinci nikahından olan xx xxx 2005-ci il təvəllüdlü X9 Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsasən saxlanması və tərbiyə olunması üçün onun himayəsinə verilməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən BDYPİ-nin 8-ci tağımının YPX-i inspektoru polis baş serjantı X6 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 16.00 radələrində BMV markalı ** YP *** qeydiyyat nişanlı avtopatrul maşını ilə YPX-i inspektoru polis serjantı Vaqif İsmayılovla xidmətdə olarkən, BDYPİ-dən verilmiş göstərişə əsasən A 111 kv 777 RUS saxta qeydiyyat nişanı ilə Bakı-Qazax magistral yolunda hərəkətdə olan Rang Rover markalı avtomaşın BDYPİ-nin 721 saylı stasionar postunda verilmiş “saxla” işarəsinə əhəmiyyət verməyərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün verilmiş göstərişə əsasən Bakı-Qazax yolunun 275-ci km-də tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edərək sənədlərini təqdim etməsini xahiş etmişdir. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq onlara sənədlərini təqdim etməkdən imtina edərək ona qarşı kobudluq edib avtomaşınla hərəkətini magistral yolda davam etdirmişdir. Onlar təkrar Bakı-Qazax yolunun 283-km-də həmin avtomobili yenidən saxladaraq avtomaşına aid sənədlərini və saxta qeydiyyat nişanını təqdim etməsini tələb etdikdə, həmin şəxs polisin qanuni tələbinə qəsədn tabe olmadığı üçün Yevlax RPŞ-nə kömək üçün müraciət etmişlər. Yevlax RPŞ-nin PPXB-nün əməkdaşlarının köməkliyi ilə həmin vətəndaş avtomaşını ilə birlikdə Yevlax RPŞ-nə gətirilmişdir və bu barədə Yevlax RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Yevlax RPŞ-də məlum olmuşdur ki, həmin vətəndaş Şəmkir rayonu Çinarlı qəsəbə sakini Şəxsdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X7 və şahid X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxx 2005-ci il təvəllüdlü X2 və tərbiyə olunması üçün Şəxs himayəsinə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini, mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşman olmasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxxx 1975-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlı̇k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-162/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-162/2020
10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver