Məhkəmə qərarları › İş №3(039)-163/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-163/2020

10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-163/2020 10.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X2 nümayəndəsi X7 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-1527/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq x xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat pul məbləğində aliment alınaraq iddiaçı X9 verilməlidir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarov tərəfindən Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X11 izahatında göstərdi ki, xx xxxxxx 2008-ci il tarixdə anadan olmuş X1 üçün borclu Şəxs xx xxxxxxxx 2018-cı il tarixdən başlayaraq, X2 xeyrinə hər ay 100 manat məbləğində aliment verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirlərinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borclu Şəxs Yevlax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək xx xxxx 2020-ci il tarixə olan 1100 manat aliment borcunun ödənilməsi tələb edilmiş və o, şöbəyə verdiyi xx xxxx 2020-ci il tarixli izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu Şəxs heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)- 1527/2018 saylı icra vərəqəsinə əsasən, ondan xx xxx 2018-ci il tarixdən başlayaraq x xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat pul məbləğində aliment alınaraq iddiaçı X9 verilməlidir. Hazırda tələbkar X9 1100 (bir min yüz) manat aliment borcu yaranıb. Hazırda maddi vəziyyəti ağırdır. Odur ki, aliment borcunu ödəyə bilmir. 2020-ci ilin Mart ayının sonunadək tələbkara 250 (iki yüz əlli) manat ödəyə bilər. Məhkəmədən barəsində yüngül izibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Səidə Əlizadənin etibarnamə üzrə nümayəndəsi X12 izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-1527/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq x xxxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat pul məbləğində aliment alınaraq iddiaçı X9 verilməlidir. Lakin Şəxs ödənişlər etmir və hazırda onun tələbkara 1100 (bir min yüz) manat aliment borcu yaranmışdır. Borclu tələbkara olan aliment borcunu ödəyəcəyinə dəfələrlə söz versə də, bu günə kimi heç bir ödəniş etməmişdir. Hazırda alimenti tələb edir və Şəxs şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul edilmiş «İnsan hüquqları X13»nin 7-ci maddəsində göstərilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və X2 nümayəndəsi Əliyev BəHüseyn oğlunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X3 əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, borcun 1100 (bir yüz) manat olmasını, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1979-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar