Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1632/2025 23.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X13 Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-radələrində Yevlax şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmiş və ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu Leylanın anasıdır. Həmin ailə onunla ədavət aparır, daim onu narahat edirlər, barəsində əsassız şikayətlər yazırlar. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evin qabağında küçədə dayanan zaman Leylanın oğlu Anar velosipedi onun üzərinə sürmüş, o, uşağa irad bildirdikdə isə Anar onu nalayiq sözlərlə təhqir etmiş, bundan sonra onun anası Leyla küçəyə çıxaraq ona nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamış, onu itələmişdir. Daha sonra Leyla zəng edərək anası Almaz çağırmış, bir müddət sonra Almaz və onun əri Əmiraslan küçəyə gələrək avtomobildən düşərək onun üzərinə hücum edərək onun sacını yolub ona xəsarət yetirmişdir. O, Almaza xəsarət yetirməmişdir. Evinin önündə olan kamera vasitəsilə qeydə alınmış görüntülərdən də görünür ki, o heç kimə xəsarət yetirməmişdir. Həmçinin hadisə günü baş verənlərlə bağlı bir digər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 210-cu maddələri ilə bir digər inzibati xəta haqqında protokol Zərərçəkmiş şəxs barəsində tərtib edilmişdir. Həmin protokla baxılarkən Zərərçəkmiş şəxs da açıq şəkildə ona heç bir xəsarət yetirmədiyini etiraf etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, Şəxs özünü təqsirli bilmir. Onun kiməsə xəsarət yetirmək fikri olmamışdır. iİşdə inzibati xəta tərkibi olmadığından Aynur İsayevanın barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X3 Bölməsinin polis sahə rəisi X10 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon polis X3 Bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında evdə olarkən qızı Leyla ona zəng edərək bildirmişdir ki, qonşusu Aynurə onun oğlu Anarı həmin yoldan keçməyə qoymadığını və onun söyüb təhqir etdiyini demişdir. O, yoldaşı Əmiraslanla birlikdə qızıgilə getmişlər. Küçəyə çatdıqlarında Aynurə orada idi. Aralarında dava-dalaş baş vermişdir. Leyla və onun məqsədi övladını qorumaq olmuşdur. X7 onu və qızı Leylanı döymüşdür, paltarlarını cırıq-cırıq etmişdir. Halı pisləşmiş, təcili tibbi yardım çağırılmışdır. Aynurədən şikayətçidir və onunla barışmayıb. Odur ki, Aynurə barəsində ciddi cəza tədbiri görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında evdə olarkən qızı Leyla ona zəng edərək bildirmişdir ki, qonşusu Aynurə onun oğlu Anarı həmin yoldan keçməyə qoymadığını və onun söyüb təhqir etdiyini demişdir. O, yoldaşı Əmiraslanla birlikdə qızıgilə getmişlər. Küçəyə çatdıqlarında Aynurə orada idi. Aynurə ilə Almaz arasında söz söhbət yaranmış, həmin vaxt Almaz Aynurənin saçından tutmuşdur. Aynurə özü iki dəfə yıxılmışdır. Aynurənin oğlu Aslan gələrək onun həyat yoldaşı Almaz və qızı Leylaya xəsarətlər yetirmişdir. Hadisə bununla bitmiş, Aynurə və oğlu Aslan öz evlərinə tərəf getmişlər.Əlavə olaraq məhkəmənin suallarına cavab olaraq, həmin vaxt Aynurənin Almaza hər hansı xəsarət yetirmədiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-radələrində Yevlax şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmiş və ictimai qaydanı pozmuşdur; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X3 Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X14 420 nömrəli xx.xx.2025-ci il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərsol bazunun yuxarı 1/3-nin iç səthinin qançırı, sağ əlin üst səthinin şişkinliyi, sol budun, sağ sağrı nahiyyəsinin qançırı, sağ ənsə nahiyyəsinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmadığı üçün qeyd edilən xəsarətin dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-radələrində Yevlax şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiyi və ictimai qaydanı pozduğu göstərilsə də, həmin faktlar iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamış və səlahiyyətli orqanın nümayəndəsi tərəfindən də inzibati xəta hadisəsinin baş verməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə iclaslarında Zərərçəkmiş şəxs ümumən Şəxs əleyhinə izahat versə də, konkret olaraq Aynurənin ona xəsarət yetirdiyini bildirməmiş, əksinə Şəxs qızı Leylaya, Aynurənin oğlu Aslanın isə ona və qızı Leylaya xəsarətlər yetirdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X8 ifadəsində də Aynurənin Almaza hər hansı xəsarət yetirdiyini bildirməmişdir. Şərh olunan əsaslara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 3 (üç) saat hüquqi yardım üçün 33,0 manat məbləğində pulun ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1632/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1632/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver