Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-164/2020 10.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri, H.Əliyev prospekti ev 8-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2672/2018 saylı, xx.xx.2018-ci il tarixli il icra sənədi üzrə 330 manat pulu və “BMW 523” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaqdan yayınmışdır. İcra sənədinin icrası borclu tərəfindən təmin olunmamışdır. Yevlax rayon icra şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədinə əsasən cavabdeh Şəxs “BMW 523” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil, vəkilin göstərdiyi yardıma görə 300 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat , cəmi 300 manat pul iddiaçı X3 xeyrinə ödənilməlidir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə izahatı alınmış və ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Hazırda borclu Şəxs bu günə olan borcu icra sənədində qeyd olunan avtomobil və 330 manat təşkil edir. Hazırkı tarixədək icra sənədi borclu tərəfindən ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Yevlax şəhərində pasport qeydiyyatında olmasına baxmayaraq uzun müddətdir ki, Bakı şəhərində yaşayır. O, Yevlax şəhərində yaşamadığından Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2672/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsindən məlumatsız olmuşdur və icraata başlama haqqında bildirişi xx.xx.2020-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsindən aldığını, Yevlax Rayon Məhkəməsinin 2(039)- 2672/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsindən şikayət verəcəyini qeyd etmişdir. Göstərilənləri nəzərə alıb barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə prosesində iştirakını təmin etmək üçün onun vəkili-Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, vəkil məhkəmə prosesində iştirak edə bilmədiklərini, borclu tərəfindən icra sənədinin tam olaraq icra edilməsini, icra sənədinin tam olaraq icra edilmədiyi təqdirdə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2672/2018 saylı, xx.xx.2018-ci il tarixli il icra sənədi üzrə 330 manat pulu və “BMW 523” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaqdan yayınmışdır. Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2672/2018 saylı, xx.xx.2018-ci il tarixli il icra sənədinə əsasən cavabdeh Şəxs “BMW 523” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil, vəkilin göstərdiyi yardıma görə 300 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat , cəmi 330 manat pul iddiaçı X3 xeyrinə ödənilməlidir; İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2672/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Şəxs xx.xx.2020-ci tarixli izahatından görünür ki, Bakı şəhərində yaşayır. Bu səbəbdən də bildirişi almamışdır və məhkəmənin qərarından şikayət verəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2672/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsindən və həmin qətnamə üzrə icra sənədindən onun barəsində protokol tərtib olunan gün, yəni xx xxxx 2020-ci il tarixdə məlumatlı olması ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-164/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-164/2020
10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver