Məhkəmə qərarları › İş №3(039)-165/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-165/2020

11.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-165/2020 11.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Yevlax rayonu, Tanrıqulular kəndində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Yevlax rayonu, Tanrıqulular kəndində heç bir səbəb olmadan ucadan səs-küy saldığına görə Yevlax RPŞnin CAB-nin əməliyyat müvəkkili Faiq Allahverdiyev ona nizam-intizamlı olmağa dəvət etmiş, lakin Şəxs nizam-intizama dəvət edilməsinə məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində küçədə tanıdığı şəxslə telefonda danışarkən ona əsəbləşmişdir. Telefondan danışdıqdan sonra sərxoş olduğu üçün əsəblərini cilovlaya bilməyərək ucadan səs-küy salmağa başlamışdır. Bundan sonra polis əməkdaşı gəlib onu nizam-intizama dəvət etsə də o, əsəbi olduğundan polis əməkdaşının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində xidməti ərazidə xidmətdə olarkən təxminən saat 17:30 radələrində bir nəfər vətəndaşın ucadan səs-küy saldığını görüb ona yaxınlaşıb özünü təqdim edərək onu nizam intizama dəvət etmişdir. Lakin həmin vətəndaş sərxoş olduğu üçün onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Tərəfindən həmin vətəndaş saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Yevlax rayonu, Tanrıqulular kəndində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində xidməti ərazidə xidmətdə olarkən təxminən saat 17:30 radələrində bir nəfər vətəndaşın ucadan səs-küy saldığını görüb ona yaxınlaşıb özünü təqdim edərək onu nizam intizama dəvət etmişdir. Lakin həmin vətəndaş sərxoş olduğu üçün onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Tərəfindən həmin vətəndaş saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir; xx xxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:40-da tutulmuşdur. 68 №-li, xx xxxx 2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx xxxx 2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx xxxx 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. xx xxxx 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar