Məhkəmə qərarları › İş №3(039)-165/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-165/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-165/2023 14.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yol Polisi İdarəsinin inzibati tənbeh vermə qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X2 məhkəmə nəzarəti qaydasında şikayətlə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı Yevlax –Qazax magistral yolunun Yol-Polisi əməkdaşları tərəfindən barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun qanunsuz və əsassız hesab edilməklə ləvğ edilməsi və inzibati tənbeh olaraq ona yazılmış 400( dörd yüz ) manat məbləğində cərimənin silinməsinə dair qərar qəbul eilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 14 mart 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətin geri qaytarılması barədə ərizəsi təmin olunmalı və şikayət baxılmadan onu vermiş şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar