Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-166/2021 20.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qürbət oğlunun iştirakı ilə xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nizami prospekti ev 168-də yaşayan. Şəxs Qürbət oğlunun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Qürbət oğlu xx xxxxxx 2021-ci il tarixdə saat 21:30 radələrində Yevlax şəhəri Füzuli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax şəhəri Füzuli küçəsində polis nəfəri Elşən İsmayılovla birlikdə xidmətdə olarkən saat 21:30 radələrində Füzuli küçəsində yerləşən Mahir adlı kafenin qarşısında 3 nəfər şəxsin sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaıb özlərini təqdim etmişlər. Həmin şəxsləri nizamintizama dəvət etmələrinə baxmayaraq həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirdikləri üçün polis əməkdaşları tərəfindən onlar rayon polis şöbəsinə gətirilmişlər. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszilik Bölməsinin polis nəfəri, polis siravisi X6 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqındaprotokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 21:30 radələrində dostu İbad İmanovla ilə birlikdə Yevlax şəhəri Füzuli küçəsində yerləşən Mahir adlı kafedə yeyibiçdikdən sonra kafenin qarşısına çıxıb öz aralarında yüngül mübahisə etmiş, həmin vaxt ərazidə olan polis əməkdaşları və kafenin sahibi X3 yaxınlaşıb onları nizam-intizama dəvət etmişlər. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis siravisi Nurlan Baxşəliyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax şəhəri Füzuli küçəsində polis nəfəri, polis siravisi Elşən İsmayılovla birlikdə xidmətdə olarkən saat 21:30 radələrində Füzuli küçəsində yerləşən Mahir adlı kafenin qarşısında 2 nəfər şəxsin mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Kafenin sahibi Mahir Baxşalızadə də mübahisə edən şəxlsəri sakitləşdirmək üçün kafenin qarşısına çıxmış, həmin şəxsləri birlikdə nizam-intizama dəvət etmələrinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdikləri üçün onları rayon polis şöbəsinə gətirilmişlər. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Kafenin sahibi Mahir Baxşalızadə həmin vaxt ona müqavimət göstərməmiş, əksinə onları sakitləşdirməyə köməklik etmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs Qürbət oğlu inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2021-ci il tarixdə saat 21:30-dan inzibati qaydada tutulmuşdur. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs Qürbət oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Qürbət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Qürbət oğlu məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-166/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-166/2021
20.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver