Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-166/2023 11.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X14 X11 Avtomobil Müfəttişi, polis baş leytenantı X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tərcüməçi-X6, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da Yevlax şəhəri H.Əliyev prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman X4 idarə etdiyi “Mersedes Benz” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında tərcüməçinin vasitəsi ilə izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00-da Yevlax şəhəri H.Əliyev prospektində idarə etdiyi avtomobil ilə manevr edərkən mersedes markalı avtomobil qəfil onun qarşısına çıxdığından yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X9 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00-da Yevlax şəhəri H.Əliyev prospektində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman “Opel Astra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində verilmiş protokolun icraatına xitam verilməsinis xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da Yevlax şəhəri H.Əliyev prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman X4 idarə etdiyi “Mersedes Benz” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Avtovaz texniki Xidmət Yevlax 1 saylı “Xəzər-Lada” Səhimdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “X16” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə 1700 manat dəyərində maddi ziyan dəymişdir; DSMF-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 239419 №-li vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup əlillik dərəcəsi verilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-166/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-166/2023
11.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver