Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-168/2020 11.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxx 2020-ci il tarixdə gecə saat 12.30 radələrində Yevlax şəhəri, Nizami prospektində Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X6 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektorları İlqar Rüstəmov və Şəmi Yunusov dislokasiya üzrə Yevlax şəhəri, Nizami prospektində ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə xidmətdə olarkən, ** VT *** dövlət qeydiyyat nişanlı, VAZ 2109 markalı avtomobilin sürücüsü işıqdan istifadə qaydalarını pozduğu üçün YPX-i əməkdşları həmin avtomaşına saxla işarəsi vermişlər. İnspektor avtomaşına yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücüdən avtomobilə və özünə məxsus sənədləri təqdim etməsini xahiş etmişdir. Yoxlama zamanı sürücünün sürücülük vəsiqəsi olmadan avtomaşın idarə etməsi məlum olmuşdur. Onlar avtomaşını cərimə meydançasına yerləşdirmək üçün avtomaşını DYPB-nin qarşısına gətirmişlər. Bu zaman sürücü özünü qeyri səmimi apararaq uca səslə ünvanlı və ünvansız nalayiq söyüşlər söyərək içtimai qaydanı pozmağa başlamışdır. YPX-i əməkdaşları həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarına nalayiq söyüşlər şöyərək öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən YPX-i əməkdaşları həmin şəxsi polis şöbəsinə gətirmişlər və bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin sürücü Yevlax şəhər sakini Şəxsdur. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. VAZ-2109 markalı avtomobil ona məxsusdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12.30 radələrində atası Allahverdini rayon xəstəxanasına düşürdüb evlərinə qayıtmaq istəmişdir. İdarə etdiyi avtomobillə Yevlax şəhəri, Nizami prospektində hərəkətdə olan zaman YPX-i əməkdaşları idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. O, həmin vaxt avtomobili saxlamış, YPX-i inspektoru ona yaxınlaşıb özünü təqdim edib, avtomobilə və özünə məxsus sənədləri təqdim etməsini bildirmişdir. Avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə, YPX-i əməkdaşları avtomobilini cərimə meydançasına yerləşdirmək üçün DYPB-nin qarşısına aparmışlar. Orada özündən asılı olmayaraq hirslənib ucadan səs-küy salıb polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt hirsli olduğundan polis əmkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb öz hərəkətlərini davam etdirmişdir. Hazırda əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X4 izahatında göstərdi ki, Yevlax RPŞ-nin DYPB-nin YPX-i inspektoru vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində dislokasiya üzrə Yevlax şəhəri, Nizami prospektində ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə post yoldaşı polis baş serjantı X5 olə xidmətdə olarkən, ** VT *** dövlət qeydiyyan nişanlı, VAZ 2109 markalı avtomobilin sürücüsü işıqdan istifadə qaydalarını pozduğu üçün tərəflərindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücüdən avtomobilə və özünə məxsus sənədləri təqdim etməsini xahiş etmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. Onlar avtomaşını cərimə meydançasına yerləşdirmək üçün üçün avtomaşını DYPBnin qarşısına gətirmişlər. Bu zaman sürücü özünü qeyri səmimi apararaq uca səslə ünvanlı və ünvansız nalayiq söyüşlər söyərək içtimai qaydanı pozmağa başlamışdır. Dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsələr də, sonuncu bütün polis əməkdaşlarının ailələrinin ünvanına nalayqi söyüşlər söymüşdür. Sürücü Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onların ünvanına nalayiq söyüşlər şöyərək öz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və avtomaşın cərimə meydançasına yerləşdirilmişdir. Bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 və şahid X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluğu olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarıhəddinin üçdə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Bakı küçəsi, ev 63 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 13.00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-168/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-168/2020
11.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver