Məhkəmə qərarları › İş №3(039)-168/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-168/2021

20.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-168/2021 20.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Füzuli küçəsi ev 31-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 21:30 radələrində Yevlax şəhəri Füzuli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanı törətmişdir. Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax şəhəri Füzuli küçəsində polis nəfəri Elşən İsmayılovla birlikdə xidmətdə olarkən saat 21:30 radələrində Füzuli küçəsində yerləşən Mahir adlı kafenin qarşısında 3 nəfər şəxsin sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaıb özlərini təqdim etmişlər. Həmin şəxsləri nizam-intizama dəvət etmələrinə baxmayaraq həmin şəxslər öz qanunsuz hərəkətlərini davam etdirdikləri üçün polis əməkdaşları tərəfindən onlar rayon polis şöbəsinə gətirilmişlər. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszilik Bölməsinin polis nəfəri, polis siravisi X4 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqındaprotokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, Yevlax şəhəri Füzuli küçəsində yerləşən Mahir adlı kafeni işlədir. xx xxxxxx 2021-ci il tarixdə saat 21:30 radələrində 2 nəfər şəxs kafedə yeyib-içdikdən sonra kafenin qarşısına çıxaraq ucadan səs-küy saldığı üçün həmin yerə getmiş, polis əməkdaşlarının həmin şəxsləri sakitləşdirdiyini görmüşdür. Həmin vaxt polis əməkdaşları onu və mübahisə edən 2 nəfər şəxsi polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarına müqavimət göstərməmiş və heç bir qayda pozuntusuna yol verməmişdir. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis siravisi Nurlan Baxşəliyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə Yevlax şəhəri Füzuli küçəsində polis nəfəri, polis siravisi Elşən İsmayılovla birlikdə xidmətdə olarkən saat 21:30 radələrində Füzuli küçəsində yerləşən Mahir adlı kafenin qarşısında 2 nəfər şəxsin mübahisə etdiklərini görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Kafenin sahibi Şəxs də mübahisə edən şəxlsəri sakitləşdirmək üçün kafenin qarşısına çıxmış, həmin şəxsləri birlikdə nizam-intizama dəvət etmələrinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdikləri üçün onları rayon polis şöbəsinə gətirilmişlər. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Kafenin sahibi Şəxs həmin vaxt ona müqavimət göstərməmiş, əksinə onları sakitləşdirməyə köməklik etmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 21:30-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamasına dair barəsində kifayət qədər sübut olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində protokol tərtib edilsə də, ətraflı araşdırma aparılmamış, onun tərəfindən həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar toplanaraq məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində ifadə verən polis nəfəri, polis siravisi Nurlan Baxşıyevin ifadəsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Şəxs inzibati xətanı törətməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 53.0.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən polisin qanuni tələbinə tabe olmamasına dair kifayət qədər sübut müəyyən edilmədiyindən bununla da inzibati xətanın baş verməsi təsdiq edilmədiyindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar